"Silk Way West" "ACL Airshop" şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir

"Silk Way West" "ACL Airshop" şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir"Silk Way West" "ACL Airshop" şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir
"Silk Way West" aviaşirkəti hava yük daşımaları sahəsində logistika xidmətləri göstərən "ACL Airshop" şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığını davam etdirir.
"Silk Way Group" şirkətlər qrupunun bir hissəsi olan "Silk Way West" karqo sənayesində göstərilən xidmətlər üzrə dünya lideri olan "ACL Airshop" ilə beş illik ULD razılaşmasının yeniləndiyini təsdiqləyib.
Qeyd edək ki, "ACL Airshop" dünyanın altı qitəsində yerləşən 50-dən çox hava limanlarında 200-ə yaxın aparıcı aviaşirkətə xidmət göstərən yüksək texnologiyalardan istifadə edən bir logistika şirkətidir. 
Şirkət təkliflərinin unikal cəhətlərindən biri aviaşirkətlərin hava yük daşıma tələblərinə cavab vermək üçün qısa müddətli icarə və lizinq həlləridir. "ACL Airshop" şirkəti məhz xüsusi ULD həllərinin təklifləri sahəsində dünyada güclü nüfuz qazanıb.
Onu da qeyd etmək lazımdır ki, ULD ("Unit Load Device") qablaşdırma, yəni hava yüklərinin formalaşma və bərkitmə vasitəsidir. Yüklərin hava nəqliyyatı ilə konteynerlərdə və ya paletlərdə daşınması onların yük təyyarəsinə yüklənməsi prosesini sürətləndirib, hava vasitəsinin yük daşıma həcminə nəzarəti təmin edir.
Qablaşdırma vasitələrinin çatdırılması üçün hava yüklərini müşayiət etməklə yanaşı tərəflərin imzaladığı sazişdə daha sürətli xidmət, daha rahat logistika balanslaşdırılması, xərclərə əhəmiyyətli dərəcədə qənaət etməyi təmin edən innovativ həllər və ən müasir texnologiyaların tətbiqi ilə logistikanın idarə edilməsinə aid olan bənd də mövcuddur.
Əhəmiyyətli bir məqam odur ki, "Silk Way Group" şirkətlər qrupu "ACL Airshop" ilə əməkdaşlığının uzunmüddətli tarixi var. "Silk Way Group"un müxtəlif strukturları 10 ildən çoxdur ki, strateji tərəfdaşlıq çərçivəsində "ACL Airshop" ilə yaxından səmərəli əməkdaşlıq edib.
"Silk Way West" və "ACL Airshop" real vaxtda ULD izləmə üçün Bluetooth yeniliklərinin tətbiqi ilə şirkət donanmasının logistika səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün əməkdaşlıq edirlər.
Bütün bunlar, Amsterdam şəhərində (Niderland) yerləşən "ACL" şirkətinin qlobal əməliyyat, ümumşəbəkə ULD idarəetmə proqramları və innovativ "FindMyULD" mobil tətbiqin fəaliyyətləri ilə birlikdə hava yük daşımalarının daha yüksək istifadə səviyyəsini və maksimal iqtisadi səmərəliliyini təmin edir.
"Biz  əlverişli və çevik iş strategiyasına sadiqik. ULD logistikasının daim təkmilləşdirilməsi strateji prioritetlərimizdən biridir. Bu birbaşa aviaşirkətin qazancına təsir göstərir. "ACL Airshop" ilə əməkdaşlıq bütün donanmanın səmərəliliyini artıraraq, qənaət etmə imkanı yaradıb.
Təqdim etdiyi texnoloji yeniliklərin və xidmət modelinin inkişafı sayəsində "ACL Airshop" bizim "strateji tərəfdaşımıza" çevrilib. Bu əməkdaşlıq həm müştərilərimiz,  həm də bizim üçün olduqca səmərəlidir", - "Silk Way West" beynəlxalq yük əməliyyatları üzrə vitse-prezidenti Emil Xasanşin qeyd edib.
"Silk Way Group" ilə uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz "Silk Way West" üçün effektiv, səmərəli və çevik həllərimizi təklif edib, həyata keçirməyə davam etməkdən qürur duyuruq" – "ACL Airshop" Avropa, Yaxın Şərq və Afrika bölgəsi üzrə meneceri Maurice van Terheijden belə deyib.
"ACL Airshop" ana şirkətinin sədri və baş direktoru "Steve Townes" isə vurğulayıb: "Biz Silk Way West"in COVID-19 virusunun yaratdığı pandemiyaya qarşı ümumdünya müqavimətində aktivliyinin artmasını alqışlayırıq".
Bir daha xatırladaq ki, "Silk Way Group" dinamik şəkildə inkişaf edən və Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutan şirkətlər qrupudur. 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış "Silk Way Group" Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşir.
Hazırda o, hava yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarətdir: "Silk Way Airlines", "Silk Way West" və "Silk Way Technics". 
"Silk Way West" şirkətinin əsası 2012-ci ildə qoyulub, hal-hazırda o, hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın ölkələrinə 50-dən atrıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir.
Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 Boeing 747-400F və Boeing 747-8F təyyarələrindən ibarətdir. Boeing aviakonserninin məlumatına əsasən, 2016-ci ildə "Silk Way West "donanma böyüməsi dinamikası, uçuş  coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə sürətlə böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir. /oxu.az

Turizm       Tarix: 27 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat