Şimali Koreya: "Nensi Pelosi beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısıdır"
Şimali Koreya ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini "beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısı" adlandırıb.
KONKRET.az xəbər verir ki, Tayvana mübahisəli səfərindən sonra Pelosi Şimali Koreya ilə sərhəd bölgəsi də daxil olmaqla Cənubi Koreyaya səfər edib. O, Cənubi Koreya Milli Assambleyasının sədri Kim Jin Pyo ilə Pxenyanın nüvə proqramını müzakirə edib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin baş direktoru Yo Young Sam Pelosini səfərinə görə tənqid edib.
"Tayvana səfər etməklə regional sülh və sabitliyi pozduğuna görə Çin tərəfindən layiqincə tənqid edilən Pelosi Cənubi Koreyada olarkən Şimali Koreya ilə qarşıdurma mühitini gərginləşdirdi", – Yo Young Sam deyib.
Pelosini "beynəlxalq sülh və sabitliyin ən pis dağıdıcısı" adlandıran rəsmi, onunn Cənubi Koreyadakı davranışının Co Bayden administrasiyasının Şimali Koreyaya qarşı düşmənçilik siyasətinin bariz sübutu olduğunu vurğulayıb.
"Getdikləri yerdə yaratdıqları bütün problemlər ABŞ-a baha başa gələcək", – deyə Şimali Koreya rəsmisi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?