Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?

Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Belə ki, qiymət artımından sonra siqaretlərin satışında 20-50 qəpik, spirtli içkilərin satışında isə 80 qəpik-1 manat arası artım müşahidə edilir.
Bəs siqaret və alkoqollu içkilərin qiymətinin artması bazar iqtisadiyyatına necə təsir göstərəcək?
Görəsən, yenidən artım gözlənilirmi?
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, tütün və spirtli içkilərin qiymətinin artmasının əsas səbəbi aksiz ödənişlərinin artmasıdır:
Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?"Siqaret və alkoqollu içkilərin qiymətinin qalxmasının əsas səbəbi hazırkı dönəmdə aksiz ödənişlərinin artmasından qaynaqlanır. Bu da hesab edirəm ki, bu ilin birinci yarısına qədər növbəti artımların olacağını gözləmirəm. Gələcəkdəki qərarlarda növbəti artım müşahidə edilərsə, təbii ki, o zaman bu hal siqaretin və alkoqollu içkilərin də qiymətinə təsir göstərəcəkdir".
Ekspert quzu ətinin qiymətinin artması məsələsinə də toxunaraq otlaq sahələrinin azalmasının buna zərurət yaratdığını dilə gətirib:
"Biz ətin qiymətinin artması məsələsinə baxsaq, görərik ki, başlıca səbəb ölkədəki otlaq sahələrinin azalmasıdır. 2001-ci ildə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin 56,5 faizi örüş və biçin üçün idi, 21 il sonra, 2022-ci ildə isə artıq 50,5 faizə düşüb. 250 min hektar azalma var. Rəqəmlərə baxanda 2001-ci ildə 2 milyon 683 min hektar, 2022-ci ildə isə bu rəqəm azalaraq 2 milyon 415 min hektar olub. Yəni göründüyü kimi 265 mindən hektar torpaq sahəsində azalma müşahidə edilib. Bu da yeni məhsulların yetişdirilməsi üçün problemlər yaradır. Su çatışmazlığı, iqlim, su resurslarının qeyri-bərabər bölgüsü və s. kimi faktorlar məhsulların qiymətlərini artırır. Gübrənin idxal olunması yem məhsullarının qiymətinin artımına gətirib çıxardır. Bütün bu proseslər də birmənalı formada ətə təsir göstərir. Hazırkı vəziyyətdə bundan yeganə çıxış yolu intensiv maldarlığın daha sürətlə inkişaf etdirilməsidir. Gələcək birmənalı olaraq minimum ərazidə maksimum məhsul yetişdirənlərindir. Biz torpağın hər qarışından daha səmərəli istifadə etməyə çalışmalıyıq. Əks halda qiymət artımlarının davamlı olması qaçılmazdır".
Qiymət artımlarıyla bağlı azxeber.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, ölkədə siqaret və spirtli içkilərin qiymətinin artması böyük etirazlara səbəb olmur:
Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?"Siqaret və spirtli içkilərin qiymətinin artmasının səbəbi vergilərin, aksiz dərəcələrinin yüksəlməsidir. Artıq demək olar ki, hər il bu artım görünür. Nəticədə, siqaret və alkoqollu içkilərin qiyməti artır. Hökumət bu məsələdə çox rahat davranır. Çünki bu sosial məsələ deyil deyə etirazlara da səbəb olmur. Ancaq paralel olaraq ərzaq məhsullarının qiyməti qalxır, bunun səbəbləri fərqlidir. Əsas səbəblərdən biri odur ki, Azərbaycanın ərzaq məhsullarındakı qiymətləri hələ də 70-75 faiz xaricdən asılıdır. Təbii ki, Azərbaycana xaricdəki ərzaq mallarının qiymətləri də təsir göstərir. Digər səbəb budur ki, Azərbaycanda pis bir ənənə var. Yeni il qabağından Novruz bayramına qədər qiymət artımı sürətlənir, aprel-may aylarında bu tendensiya səngiyir, yay aylarında isə dayanır. Hətta bəzi hallarda defilasiya (qiymət artımı nəzərə çarpmır) da olur. Yenidən noyabrdan başlayaraq eyni alqoritm işə düşür. Baxın, bu pis ənənəni aradan qaldırmaq lazımdır".
İqtisadçı quzu ətinin də bahalaşmasına işarə edərək problemi mal-qaranın azlığında görür:
"Azərbaycanda xırda buynuzlu mal-qaranın sayı azalıb. Nəticə etibarilə, bizdə buna tələbatın artdığını, əhalinin, ölkəyə gələnlərin sayının da artdığını nəzərə alsaq, sözügedən sahədə qiymət artımı müşahidə olunur", - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Siqaret və spirtli içkilərin qiyməti yenə bahalaşdı - Artıma səbəb nədir?

İqtisadiyyat       Tarix: 08 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR

Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizi

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr

"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbi

Qırmızı Ürəklər Fondunun "Qurban payı" aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

Qurban bayramı münasibətilə Qırmızı Ürəklər Fondu və Birbank tərəfindən birgə həyata keçirilən ənənəvi "Qurban payı" ianə toplama aksiyası uğurla başa çatıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssa

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri cəbhədən son məlumat xeberlər ən son xeberler