"Şirin peşmək planeti" alimləri heyrətə gətirdi
"Şirin peşmək planeti" alimləri heyrətə gətirdi
Alimlər qəribə bir planetin varlığı ilə bağlı mübahisə edirlər. Belə ki, onu təşkil edən mümkün materiallar hər kəsi heyrətə gətirir və elm tərəfindən inkar olunur.
Qəribə dünya barədə məlumatlar "Astronomical Journal" tərəfindən nəşr olunub. Astronomlar sözügedən planetin pambıq və ya şirin peşmək kimi bir materialdan təşkil olunduğunu bildirirlər. Araşdırmada Almaniya, Yaponiya, Kanada və ABŞ alimləri iştirak ediblər.
Rəsmən "WASP-107 b" adlanan peşmək planet Qız bürcündə, Yerdən 212 işıq ili məsafədə yerləşir. O, 2017-ci ildə kəşf olunub.
Elə ilk günlərdən planetin sıxlığı astronomlarda ciddi maraq doğurub. Ölçüsünə görə Yupiterə yaxın olan planet, çəkisinə görə ondan 10 dəfə yüngüldür.
Üç il ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, planetin 85%-i müxtəlif qazlardan ibarətdir. Onun ortasında isə sərt nüvə yer alır. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb