Siyarto: Aİ Gürcüstan hökumətinin xalq tərəfindən təyin edildiyini həzm edə bilmir
Gürcüstanda parlament seçkilərinin nəticələrini tənqid edən Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri yerli hökumətin Brüsseldən deyil, xalq tərəfindən seçildiyini həzm edə bilmirlər.
KONKRET.az xəbər verir ki, bunu Tbilisiyə səfəri zamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Avropanın 13 xarici işlər naziri hələ də demokratiyanın xalqın iradəsi olduğunu həzm edə bilmir", – o vurğulayıb.
P.Siyartonun sözlərinə görə, 13 xarici işlər naziri bir daha sübut etdi ki, liberal əsas cərəyana görə, ölkədə demokratiya yalnız liberal partiya seçkilərdə qalib gələndə mövcud olur.
Daha əvvəl Almaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya da daxil olmaqla Avropa məsələləri üzrə Aİ ölkələrinin nazirləri "seçkilər zamanı aşkar edilmiş pozuntular səbəbindən" Gürcüstandakı vəziyyətdən narahat olduqlarını bildiriblər. (report)
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub