Siyasi əməkdaşlıq uğurların təməlidir

Siyasi əməkdaşlıq uğurların təməlidirAyişə İsgəndərova
Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Türkmənistan arasında son illərdə inkişaf edən münasibətlər də məhz dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə regional sabitliyin təmin olunması, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində uğurlu addımlar atır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı zamanı ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri yalnız iki ölkə üçün deyil, bütövlükdə region və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.
Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə müxtəlif ölkələri birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının sayı məhduddur. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında formalaşan əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, nəqliyyat və logistika layihələrini siyasi münasibətlərdən ayrı şəkildə qiymətləndirmək mümkün deyil. Məhz siyasi qarşılıqlı fəaliyyət, etimad və tərəfdaşlıq bu layihələrin uğurla reallaşdırılmasının əsas şərtidir.
"Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi" fikri ölkələr arasında mövcud olan yüksək səviyyəli münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Bu yanaşma göstərir ki, coğrafi mövqe və iqtisadi imkanlar nə qədər əlverişli olsa da, onların real nəticələrə çevrilməsi üçün siyasi iradə və qarşılıqlı etimad vacib amildir.
Bu gün Azərbaycan və Türkmənistan yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi və üçüncü ölkələrdən əlavə yüklərin cəlb olunması istiqamətində birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq həm regionun iqtisadi inkişafına töhfə verir, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin səmərəliliyini artırır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada və siyasi dialoqa əsaslanan bu münasibətlər gələcəkdə də hər iki ölkənin inkişafına, regionda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir. / azxeber.com

Siyasi       Tarix: 24 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az