SİYASİ SİRK: Paşinyanın meymunluğu ŞPAQAT açmaqla yekunlaşır - TƏHLİL

SİYASİ SİRK: Paşinyanın meymunluğu ŞPAQAT açmaqla yekunlaşır - TƏHLİLErmənistan parlamentində aprelin 20-də yaşanan dava-dalaş çox adamı təəccübləndirmədi. Çünki oradakı demokratiya özbaşınalıq xarakteri alıb və siyasi tribunaların rinqə çevrilməsi adət edilmiş haldır. Orta yaşlı insanlar müstəqilliyin bərpası zamanı Azərbaycanın Ali Sovetində də belə situasiyaların yaşandığını xatırlayırlar. Sonradan bunu naşı deputatlıq, layiqli kadrların Milli Məclisdə hələ yer almaması və s. səbəblərlə izah etdilər. Hər halda millət öz millət vəkillərindən indi də məmnun deyil. Yoxsa vaxtaşırı parlamentin buraxılması xəbərlərinə böyük coşqu ilə müsbət rəy bildirməzlər. Hər halda bizdə nizam-intizam məsələsi qorunur, parlamentdə öləcək yaşda ahıllar var. Yəni ora veteran idmançılar birliyi deyil ki, əlbəyaxa çıxalar. Həm də dövlətin müzakirə və səsverməyə təqdim etdiyi qanun layihələrinin əleyhinə səs verən olmur. Olsa da, 1-2 nəfər. Onların isə 120 nəfərlə alaşmaq niyyəti, Brus Li qabiliyyəti yoxdur. Həm də bizim məclisi ermənilərin "parnoy", daha dəqiq desək, parlamentilə müqayisə etmək düz olmaz. Nə də Qərbin qucağında olan bəzi azərbaycanlı "jurnalist"lər kimi özünə demokrat deyən erməniləri Azərbaycandakı siyasətçilərdən üstün bilmək yaxşıdır. "Qarabağ klanı"ndan qurtulmuş İrəvan iqtidarı adıçəkilən zombiləri bəsləyən Rusiyadan qopa bilmir. Kreml də bu fürsətdən istifadə edərək xırda aksiyalarla sanki Nukolun yanına çimdik atır ki, sonuncu kreslosunda rahat otura bilməsin. Bu səbəbdən Paşinyanın bəzi çıxışları Putinə sakitləşdirici iynə vurmaq kimidir.
Tutaq ki, erməni lider aprelin 20-də, ondan əvvəl də bir neçə dəfə bildirib ki, Ermənistan sərhəddə KTMT missiyasının fəaliyyətinə hazırdır. Sadəcə bu, İrəvanın Kreml ilə məzələnməyi kimidir. Çünki Paşinyan hökuməti KTMT dəvətindən qabaq sərhədə avropalı müşahidəçiləri çağırıb. Nikolun KTMT bağlılığı Ermənistanın təşkilata sədrliyi, üzvlüyüdür. Bu məcburiyyətlər olmasaydı, Paşinyanın Rusiya izi olan heç bir təşkilata zərrə də olsa, hörməti yoxdur. O, Makronla julyen yeməyə öyrəşəndən Putinin qızdırdığı borşa soyuq yanaşır. Amma Kreml bufetindəki nisyə dəftəri borcla doludur. Ona görə də Rusiya Akopyanın ərinə qulaqburması verməyə çalışır.
– II Qarabağ savaşında Rusiyanın Ermənistanı ilk müharibədəki qədər dəstəkləməməsini Kremlin Türkiyədən çəkinməsi ilə izah edirik. Amma burada başqa nüanslar da mövcuddur.
1. Putin üçün böyük sevgi və inqilabla hakimiyyətə gələn Paşinyanın uğursuzluğa məruz qalması, biabır olması, nüfuzdan düşməsi lazım idi;
2. Krem Nikolun sənəddə kapitulyant olmasına da sevindi;
3. Lakin Moskva Azərbaycanın Qarabağı tam azad etməsinə "Nasosnu"ya (Hacı Zeynalabdin qəsəbəsi) atmaq istədiyi "İsgəndər-M", Naxçıvanda qurban verdiyi helikopteri ilə mane oldu;
4. Azərbaycanın Suriyaya çevrilməməsi üçün Bakı Kremlin vasitəçiliyi ilə üçtərəfli bəyanata razılaşdı və ruslar SSRİ, ittifaqdan sonrakı erməni işğalı dövründəki kimi Qarabağda oturdular;
5. İrəvanda etirazlar dalğası coşdu. Lakin Koçaryan, Sarqsyan, Manukyan kimilərinin Rusiyanın əli ilə hakimiyyətə qalxması mümkün olmadı;
• Haşiyəyə çıxaraq qeyd edim ki, 44 günlük savaşın vaxtı o qədər mükəmməl seçilmişdi ki, Avropanın başı öz etirazlarına, Breksit haqq-hesablarına qarışmışdı, Amerika isə Tramp-Bayden seçki platforması ovqatındaydı. II Qarabağ savaşında Azərbaycan Xocavəndin bir hissəsini, Hadrut, Şuşa, Kəlbəcər və Laçını da azad etdi. Rusiyanın ixtiyarında olsaydı, azad olunan rayonlar Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdamla məhdudlaşacaqdı. Yəni 6 həftəlik savaşda Türkiyə, Pakistan və İsrail dəstəyini görməzdən gəlmək haqsızlıq olar.
Sadəcə, Rusiya bölgədə qalıcılığını sürdürmək üçün əlinə düşən fürsətlərdən yararlandı. Adını da sülhməramlı fəaliyyət qoydu. Hazırda isə bu missiya Qarabağın erməni əhalisini qorumaq kimi ifadə olunur. Belə olan halda isə Ermənistanın "miatsum" ideologiyalı kəsimi Paşinyanın tam olaraq Qərbə söykənməsinə mane olur. Yəni Nikol şpaqat vəziyyətindədir. Amma müharibə dövründə meymunluq etməsəydi, Ankara və Tbilisinin təklif etdiyi vasitəçilik formatını qəbul etsəydi, indi…
Ermənistan KTMT, Avrasiya İqtisadi Birliyi, MDB-nin çarəsiz üzvü olmayacaqdı, Gümrüdəki Rusiya bazası qalmayacaqdı, Metsamor AES, sərhəd mühafizəsi asılılıqları aradan qalxacaqdı və s.
Paşinyanın indiki çabaları isə Kremldə bu cür istehzaya qoyulur:
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər".
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 21 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com