Siyavuş Novruzov Mübariz Mənsimov haqqında: "Özünə arxayındırsa...
Siyavuş Novruzov Mübariz Mənsimov haqqında: "Özünə arxayındırsa..."
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırmasını pisləyib.
S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil:
"Mübariz Mənsimovun qohumları çağırış edir ki, camaat kütləvi aksiyalara çıxsın, mitinqlər keçirsin. O, Nelson Mandeladır, Martin Lüter Kinqdir? Və yaxud Qarabağ, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb, dövlət çevrilişlərinin qarşısının alınmasında iştirak edib?
Camaat çıxıb onu niyə müdafiə etsin? Görünür, Mübariz Mənsimov hansısa qanunazidd əməl törədib və buna görə də onu həbs ediblər. Özünə arxayındırsa, qoy gedib məhkəmə qarşısında cavab versin. Buna görə insanları kütləvi aksiyalara çağırmaq, sabitliyi pozmağa gərək yoxdur.
Bilirsiniz ki, bu gün dünyada koronavirus təhlükəsi ciddi təhdidə çevrilib və Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, eyni zamanda insanların kütləvi tədbirlərdən çəkinməsi ilə bağlı çağırışlar edilib.
Belə bir vəziyyətdə Mübariz Mənsimovun qohumları insanların həyatını təhlükəyə ataraq onları qanunsuz olaraq kütləvi aksiyalara çağırır. Hesab edirəm ki, insanlar belə çağırışlara qoşulmamalıdırlar, hazırda bizə bu lazım deyil. Bu gün bizim əsas məqsədimiz insanları virusa yoluxmaqdan qorumaqdır". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var