Siyavuş Novruzov namizəd ola biləcək? - AÇIQLAMA
VII çağırış Milli Məclisə seçkilərə start verilib. Gözlənildiyi kimi, seçki prosesi maraqlı olaylarla davam edir. Məsələn, ötən gün məlumat yayıldı ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasından mandat qazanmış Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürə bilməyəcəklər.
Buna səbəb kimi onların adlarının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi göstərilib. Lakin Siyavuş Novruzov yayılan informasiyanı təkzib etdi və seçkilərə qatılacağını bildirdi.
Məsələnin hüquqi tərəfini öyrənmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Şahin Əsədli KONKRET.az-a bildirdi ki, partiyanın seçki qərargahının üzvünün eyni zamanda deputatlığa namizəd göstərilməsi həmin partiyaların öz səlahiyyətlərinə aid olan məsələdir:
"Qanunvericilikdə belə bir qadağa yoxdur ki, seçki qərargahının üzvü deputatlığa namizəd ola bilməz. Qanun buna icazə verir".
Natiq SƏLİM
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı