Sizin heç birinizə borcum yoxdur' - Zaur özündən çıxdı
"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam!".
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib.
O, "Bizimləsən" verilişinə qatılan bəzi şəxslərin narazı qaldığı məqamlara aydınlıq gətirərək, onları tənqid edib:
"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Hamınıza ev, məişət avadanlığı, iş verə bilmərik. Ömür boyu sizə baxmalıyıq? Bunu birdəfəlik bilin! Gəlirsiz, əlimizdən gələni sizin üçün edə biliriksə, buna sağ ol demək lazımdır. Bir ömür sizin arxanızca sürünə bilmərəm. Ömürlük öhdəliyə götürməmişik sizin heç birinizi.
Mənim fövqalədə güclərim yoxdur, sizin kimi adi insanam. Bura gələn həkimlər, hüquqşünaslar, hamısı sizə kömək olur. Ana-atadan imtina edən övladlara, övladdan imtina edən valideynlərə borcumuz var? Yox! Amma bacardığımızı edirik. Üzünüzə bir çox qurumun qapısı bağlı olanda, bu kanala rahat gəlib-gedə bilirsiz. Xoşunuza bir şey gəlməyəndə sosial şəbəkədə o qurumların yox, Zaurun adını çəkməyə cəsarətiniz çatır. Bəlkə mən sizə yaxşı kömək edə bilmirəm, ona görə də Allah xatirinə gedin, başqa yerdə kim nə bacarır, sizə etsin. Bu verilişdə həkimin qəbuluna düşmək üçün iki aydır növbə gözləyən xəstə insanlar var, heç səsləri çıxmır. Amma problemlə gələn şəxslər belə söz-söhbət yaradır".
Aysel
Turlar.az [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır