"Skoda" üç yeni modelin onlayn təqdimatını keçirdi - VİDEO

"Skoda" üç yeni modelin onlayn təqdimatını keçirdi - VİDEO"Skoda" üç yeni modelin onlayn təqdimatını keçirdi - VİDEO
"Skoda" Avtomobil Mərkəzi pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək, canlı yayımda üç yeni "Skoda" modelinin təqdimatını keçirib. Avtomobil həvəskarları interaktiv şəkildə "Skoda Rapid", "Kamiq" və "Scala" modellərinin təqdimatını izləyə bilib. Təqdimat "Skoda" brendinin Azərbaycandakı yeganə rəsmi distribüteri olan "SKAZ Autohouse" tərəfindən təşkil edilib.
Təqdimat məşhur avtomobil bloqeri və jurnalist Tural Yusifov tərəfindən "Skoda" Avtomobil Mərkəzinin Satış departamentinin rəhbəri Fikrət Mirzəyevin iştirakı ilə baş tutub.
Canlı yayımda keçirilən interaktiv dialoqda "SKAZ AutoHouse" ilyarımlıq fəaliyyəti dövründə qazandığı müştəri məmnuniyyətindən söz açılıb.
Müştərilərin şirkətin timsalında hər çətinliklərində arxalana biləcəkləri bir dostunun olduğu vurğulanıb. Bundan əlavə hazırda davam edən kampaniya barədə məlumat verilib. Müştərilər 10 faiz ilkin ödəniş, 10 faizdən başlayan illiklə, 48 ay müddətinə bütün avtomobilləri əldə edə bilər. Nağd alıcıları da özəl endirimlər gözləyir.
Təqdimatın ardı olaraq ilk növbədə seqmentində lider olmağa ən iddialı avtomobil olan yeni "Skoda Rapid" modelinin yenilikləri, interyer və eksteryer üstünlükləri nümayiş etdirilib. Qısa videotəqdimat çərçivəsində tam olaraq avtomobil barədə məlumat verilib.
Azərbaycanda avtomobil bir mexaniki və dörd avtomatik sürətlər qutusu ilə olmaqla, beş komplektasiyada təqdim olunacaq. Qiymət mexaniki ötürücü ilə 22900 manata olan Active komplektasiyasından etibarən başlayacaq. Videotəqdimatda təqdim olunan təchizat isə ən çox tələbatlı, qiymət aralığında dördüncü olan Ambition+ təchizatıdır, qiyməti 28900 manat təşkil edir.
Təqdimatın davamı olaraq ilk dəfə tamaşaçılara "Skoda Kamiq" modeli təqdim olunub. "Kamiq Skoda" model sırasına yeni daxil olub və ilk dəfədir ki, təqdim olunur. Avtomobilin banı da yeni təqdim olunan xüsusi bazada, kompakt krossover sinfində yaradılıb.
Bu, o deməkdir ki, avtomobil "Fabia"dan daha hündür, "Karoq"dan isə daha kiçik ölçülüdür. "Kamiq" 5 qapılı, liftbek 400 litr həcmə malik baqajı və geniş salona sahib idman üslublu avtomobildir. 
Son olaraq isə "Skoda Scala" avtomobilinin təqdimatı həyata keçirilib. "Skoda Scala" modeli də "Kamiq" kimi avtomobil sırasına yeni daxil olub və ilk dəfədir ki, auditoriyalarda təqdim olunur. Bu avtomobil isə bildiyimiz C klass hatchback platformasında hazırlanıb.
Hər üç modeldə ABS, ESC, pis yollar paketi, TPMS sistemi, təhlükəsizlik məqsədilə isə Avropa avtomobillərinə xas tam 6 ədəd yastıqlar, aktiv və passiv təhlükəsizlik vasitələri mövcuddur. Avtomobillərə 3 il və ya 100 000 kilometr tam istehsalçı zəmanəti verilir.
Adıçəkilən modellər barədə daha ətraflı məlumatı aşağıda verilən təqdimatın videoyazısına baxmaqla əldə edə bilərsiniz. 

"Skoda" Avtomobil Mərkəzi Babək prospekti 74a ünvanında yerləşir. Avtomobilləri həm zənglə, həm onlayn şəkildə sosial şəbəkələr vasitəsilə sifariş verə, həm də avtosalonu ziyarət edərək yaxından tanış ola bilərsiniz. Əlaqə üçün *5544 nömrəsinə zəng edə bilərsiniz. /oxu.az

Sosial       Tarix: 03 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı sonxeber cəbhədən son xəbərlər 2026 havanın temperaturu