Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edirAzərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradıb. Müstəqil dövlətimizin milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin təməli daha da möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin dərinləşdirilməsi və yeni strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edib, sənədlər imzalayıb. Bu isə dövlətlərarası əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verib.
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan dinamik inkişafının növbəti təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə olunub, dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib, mətbuata birgə bəyanatlar verilib.
Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və yol tikintisi ilə yanaşı, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edirlər. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi və tikinti sahələrində əməkdaşlığın genişləndirilməsində xüsusi maraq göstərir.
Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsidir. Dost və tərəfdaş ölkələr də bu prosesə öz töhfələrini verirlər.
Prezident İlham Əliyev bu barədə bildirib: "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm."
Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq.
Şəbnəm İbrahimli, "Miqrasiya Könüllüsü" İctimai Birliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 17 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri