Slovakiyanın sui-qəsd cəhdinə məruz qalan Baş naziri Fitso yenidən TƏHDİD EDİLİR

Slovakiyanın sui-qəsd cəhdinə məruz qalan Baş naziri Fitso yenidən TƏHDİD EDİLİRSlovakiyanın Baş naziri Robert Fitso və ailəsi ölüm təhdidləri alıblar.
KONKRET.az-ın xəbərinə görə, bu barədə "DennikN" xəbər portalı respublika hökumət aparatına istinadən məlumat verib.
Məlumata görə, təhdidlər anonim xarakter daşıyır.
"Daxil olan ölüm təhdidlərinin məzmunu ilə müvafiq orqanlar məşğul olurlar, hazırda hökumət aparatı mövcud vəziyyətlə bağlı şərh verməyəcək", – deyə portalda bildirilib.
Eyni zamanda məlum olub ki, Robert Fitso özünün baş prokuror Maroş Jilinka ilə münasibətlərinə həsr olunmuş və cümə gününə planlaşdırılmış mətbuat konfransını ləğv edib. Baş nazir Slovakiyanın şərqinə doğru yola düşüb və orada özünün rəhbərlik etdiyi "İstiqamət – Sosial demokratiya" partiyası təşkil edilən tədbirlərdə iştirak edəcək.
Baş Prokurorluğun mətbuat katibi Zuzana Drobova daha əvvəl bildirmişdi ki, Jilinka və onun həyat yoldaşı bomba vasitəsilə öldürüləcəkləri ilə bağlı təhdidlər alıblar. Drobovanın sözlərinə görə, bu təhdidlər Fitso baş prokuroru "müxalifətin əlində oyuncaq" adlandırdıqdan sonra daxil olub.
Xatırladaq ki, Robert Fitso daha əvvəl də sui-qəsd cəhdinə məruz qalaraq yaralanmış və cərrahiyyə əməliyyatlarından sonra həyatını xilas etmək mümkün olmuşdu.

Hadisə       Tarix: 26 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI

"Kurtlar Vadisi Pusu" serialında Kazım Kaşifoğlu obrazını canlandıran aktyor Sedat Savtak qatıldığı televiziya proqramında rolu ilə bağlı diqqətçəkən məqamları bölüşüb. Aktyor canlandırdığı personajın real həyatdak

Bakıda kişi onu söyən arvadını döydü

Bakının Sabunçu rayonunda 36 yaşlı kişi arvadına xəsarət yetirib. xəbər verir ki, hadisə Sabunçu rayonu, Muxtarov qəsəbəsində baş verib. Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Alim həmin qəsəbədə nömrəsiz fərdi evin qona

Anbardan 51 min manatlıq kombi aparatları oğurlandı - 4 nəfər saxlanıldı

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi

Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edək ki, Gülse

Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçən Yalçın Əsədovu maşın vurub. Ağır xəsarətlər alan piyad

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub.  "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes"

66 yaşlı kişini motosiklet vurub öldürdü

Yolu keçmək istəyən piyadanı motosiklet vurub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, Elmir Zeynalov idarə etdiyi "Muravey" markalı motosikletlə yolu keçə

Ağdamda kəhriz quyusundan meyit tapıldı

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb

Göygöldə ər arvadını qətlə yetirib

Göygöldə qətl hadisəsi baş verib. xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az bu gun butun xeberler son xeberler bu gun son xeber.az