SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu
SMA xəstəsi olan Tunar Bağırovun sağalması üçün lazım olan iynə ona vurulub.
Bu haqda Azxeber.com-a Tunarın anası Səbinə Əliyeva məlumat verib.
O bildirib ku, Tunara müalicə aldığı ABŞ-ın Boston şəhər xəstəxanasında "zolgensma" iynəsi vurulub.
Səbinə Əliyeva hər kəsə təşəkkür edib:
"Tunarın iynəsi vurulub, dərman damar vasitəsilə qəbul edilir.
Gözünüz aydın olsun. Neçə ay idi ki, bunun üçün çalışırdıq. Bununla da bitdi, iynə həyəcanı geridə qaldı. Bundan sonra idmanlar, lazımi müalicələr davam edəcək. İynə öz təsirini qarşıdakı illər ərzində göstərəcək. Sadəcə bu iynə üçün neçə ay idi ki çalışırdıq. Çox şükür ki, Tunarın kampaniyası Ramazan bayramında bitdi.
Qurban bayramında gəldik, Qədir-Xum bayramında da iynəsi vurulur. İnşallah düşərli olar.
Allah Tunar üçün dəstək olan, yardım edən hər kəsin köməyi olsun. Bu günə yaxşı insanların sayəsinə gəldik. Mehriban xanım Əliyevanın, ölkə başçısının xüsusi dəstəyi oldu, məbləğin tamamlanması üçün yardım etdirlər, onlar sağ olsun. Bütün kömək edənlərə təşəkkür edirəm".
Xatırladaq ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkirdi. Onun sağlamığına qovuşması üçün "Zolgensma" gen terapiyası preparatına ehtiyac var idi. Bu iynənin bir infuziyası təxminən 2,125 milyon dollara başa gəlir.
Aydın Nuri

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR