Smartfonla gələn təhlükə: sadalanan xəstəliklərə diqqət edin - FOTO
Smartfonla gələn təhlükə: sadalanan xəstəliklərə diqqət edin - FOTO
Təhlükəli mikroorqanizmlər hər bir səthdə, o cümlədən smartfonlarda məskunlaşır və oradan ələ ötürülürlər.
Bu barədə İsrailin "Hadassah" klinikasının Skolkovodakı filialının epidemioloji şöbəsinin rəhbəri Oksana Çikina xəbərdarlıq edib.
Onun sözlərinə görə, İraqın Kufə Universiteti tələbələr, işçilər və kampusun müəllimlərindən təsadüfi olaraq götürülmüş 300 mobil telefonun səthinin bakterial çirklənməsini qiymətləndirib. Müəyyən edilib ki, mobil telefonların səthlərinin 86%-i bakteriyalarla çirklənib.
Mütəxəssis bildirib ki, aşkar edilmiş mikroorqanizmlərin orta hesabla 20%-ni qızılı stafilokok, 12%-ni pnevmokok, 9%-ni bağırsaq çöpü, 9%-ni nəcis enterokokları təşkil edib.
Smartfonların korpusunda həmçinin patogen qrupdan "Klebsiella pneumoniae" (pnevmoniya törədicisi), göy irinli çöp (Pseudomonas aeruginosa), salmonella, həmçinin Qriqoryev-Şiqi bakteriyaları (bakterial dizenteriyanın törədicisi) aşkar edilib.
"Beləliklə, mobil telefon potensial yoluxucu xəstəliklərin ötürülməsi mənbəyinə çevrilir. O cümlədən, əlbəttə ki, əgər smartfon balaca uşağa cizgi filmlərinə baxmaq və ya oynamaq üçün verilərsə, bakteriya və viruslar ağızdan bədənə daxil ola bilər", – deyə Çikina əlavə edib.
Epidemioloqun fikrincə, smartfonların mütəmadi olaraq gigiyenik təmizliyə ehtiyacı var.
O bildirib ki, dezinfeksiya üçün spirt əsaslı antiseptik və ya xüsusi ultrabənövşəyi cihazlardan istifadə etmək olar.
Mənbə: Gazeta.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ