Smartfonların ekranını necə qorumaq lazımdır?
Smartfonların ekranını necə qorumaq lazımdır?
Son vaxtlar smartfonların ekranı ilə bağlı yaşanan problemlər istifadəçilər üçün əsl baş ağrısına çevrilib. Bu sahədə ən çox görünən problem isə ekranda matrisanın yanmasını bildirən izlərin peyda olmasıdır.
Ekspertlərin sözlərinə görə, buna səbəb smartfonlardan daha çox istifadə etməyimiz, uzun müddət ekranı yanılı vəziyyətdə saxlamağımızdır. Təxminən iki il istifadədən sonra smartfonların ekranlarında qalıq elementlər, klaviatura və ya saat izləri və s. görünməyə başlayır ki, bu da matrisanın tədricən yanmağa başladığının göstəricisidir.
Bəs bu kimi halların qarşısını almaq üçün nə etməli, smartfonlarımızı necə qorumalıyıq?
Mütəxəssislər ekranın uzunmüddətli istifadəsini təmin etmək üçün bəzi məsləhətlərə əməl etməyin vacib olduğunu bildirirlər.
Məsələn, ekran üçün qaranlıq bir mövzunun seçilməsi çox önəmlidir. Ekranın açıq qalma müddəti mütləq məhdudlaşdırılmalıdır. Bu sizi hər dəfə ekranı söndürmək kimi bir "ağır yükdən" xilas edəcək. Digər tərəfdən, əgər ekranı söndürməyi unutmusunuzsa, bu funksiyanın aktiv olması cihazınızın iş müddətini də uzadacaq.
Ekranın "ömrünü" uzatmaq üçün onun parlaqlığını azaltmaq, yalnız vacib hallarda maksimuma qaldırmaq lazımdır. Əsas ekrandakı nişanların yerini və təsviri tez-tez dəyişmək də matrisanı yanmadan qoruyur.
Ekspertlər vitrin smartfonlarının ekranının daha tez yandığını bildirirlər. Odur ki, özünüzə smartfon seçərkən diqqətli olmalı, yalnız açılmamış cihazları almalısınız. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb