SOCAR-ın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Martın 16-da "Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü"nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə "Dekorbanizasiya və yeni enerjiyə keçid" mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.
Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata əsasən, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq.
Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, "KazMunayGaz", "Total E&P Absheron B.V.", "Equinor", "Rosneft", "Lukoyl" kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
"Dekarbonizasiya və yeni enerjiyə keçid" və "Neft-qaz əməliyyatlarında alternativ enerji mənbələrindən istifadə" sessiyalarında panel müzakirələrinin aparılacağı konfransda qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər və bu istiqamətdə neft-qaz şirkətlərinin həyata keçirdiyi layihələrlə tanışlıq xarakterli təqdimatlar keçiriləcək. Tədbirdə həmçinin adaptasiya və yumşalma tədbirləri üzrə yeni ideyaların inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktiki təcrübələrin öyrənilməsi, bu sahədə regional və qlobal səviyyədə əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması məsələlərinə dair ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Xatırladaq ki, CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14-də Bakı şəhərində "Xəzər Regionunda Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün yaradılmasına dair SOCAR, "KazMunayGaz", BP, "Total E&P Absheron B.V." və "Equinor Absheron AS" şirkətləri arasında anlaşma memorandumunun imzalanması ilə başlayıb.
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR