SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADI

SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADISOCAR ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında 26 fevral 2015-ci il tarixində "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" (NAMA) üzrə müqavilə imzalanmışdır.
NAMA layihəsi üç komponentdən ibarətdir:
• SOCAR-da Yaşıl Bina Proqramı
• SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi
• Səmt qazlarının tutulması.
Milli.Az xəbər verir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətdə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)" layihəsi çərçivəsində aşağıdakı konfrans və seminarlar keçirilib:
• "Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri" mövzusunda təlim-seminar;
• Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfrans;
• "Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması" mövzusunda seminar.
SOCAR-da Yaşıl Bina Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər:
"Kimyaçı" mədəniyyət sarayında - alternativ enerji mənbələrindən istifadə və enerji səmərəliliyini artırılması məqsədilə, 23 kVt olan günəş panellərinin quraşdırılması həyata keçirilib, binanın tavanında 1200 m2-lik sahəyə istilik-izolyasiya materialı çəkilib.
SOCAR-ın "Eko-Park" inzibati binasında, Eİ-nin Tullantıların İdarə Edilməsi Mərkəzinin inzibati və məişət binalarının üz qatı və tavanı daş yun materialla izolyasiya edilib, binaların üz qatına istiləşdirici panellər yapışdırılıb. Bundan əlavə, binalarda istilik itkisinin qarşısının alınması məqsədi ilə pəncərələr kipləşdirilmişdir. Tədbirlər nəticəsində 30-40%-ə qədər enerji qənaətinə nail olunması planlaşdırılır.
Layihə çərçivəsində SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzinin (TİEM) ərazisində ümumi gücü 15.36 kW olan 60 ədəd günəş paneli və hər birinin gücü 4kW olmaqla ümumi gücü 24kW olan şaquli külək generatorları quraşdırılmışdır.
SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi çərçivəsində həyata keçirilmiş tədbirlər:
Layihə çərçivəsində əldə edilən Eko-sürücülük simulyatoru sifariş əsasında, Azərbaycanın yol və iqlim şəraitinə, yol hərəkəti qaydalarına uyğun hazırlanaraq SOCAR-a təhvil verilmişdir. Eko-sürücülük simulyatoru 2018-ci ildə SOCAR-ın Nəqliyyat Departamentinin balansında fəaliyyət göstərmişdir. Hazırda simulyator vasitəsilə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində mühəndis texniki işçilərə və sürütəlimlər keçirilir. Layihənin davam etdirilməsi nəticəsində SOCAR-ın 684 nəfər minik, avtobus və yük maşınlarının sürücülərinə və mühəndis texniki işçilərə simulyator vasitəsilə ekoloji səmərəli sürücülük təlimləri keçirilmişdir. Layihənin həyata keçirilməsi sayəsində SOCAR-da ildə bir mln. litrə yaxın yanacağa qənaət ediləcəkdir.
Səmt qazlarının tutulması çərçivəsində həyata keçirilmiş tədbirlər:
SOCAR-ın İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın "Siyəzənneft" NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilmiş və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülmüşdür. Ümümilikdə layihə çərçivəsində "Siyəzənneft" NQÇİ-nin Zağlı-Zeyvə sahəsində yerləşən 63 quyuda instrumental ölçmə işləri aparılmışdır. Səmt qazının tərkibinin öyrənilməsi məqsədilə 20 quyunun boruarxası fəzasından çıxan səmt qazlarından nümunələr götürülmüş və tərkibi analiz edilmişdir. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılmış, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilmişdir.
Sentyabrın 23-də Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi olmuşdur.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak etmişlər.
2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaqdır. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.
Bütün bu işlər İqlim dəyişmələri konvensiyası, Paris razılaşmasının öhdəliklərinin yerinə yetirilməsində və ölkənin dayanıqlı inkişafında mühüm töhvə olacaqdır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 cəbhədən xəbərlər son xeber cəbhədən şad xəbər