ŞOK: ABŞ üçün ikinci İraq və Əfqanıstan ssenarisi: Bu ölkəyə hücum İsraili MƏHV EDƏCƏK
Yaxın Şərqdə gərginlik davam edərkən, İsrail–İran münasibətlərinin yenidən hərbi müstəviyə keçib-keçməyəcəyi sual doğurur. Bəs, gələn il İsrail–İran arasında hərbi qarşıdurmanın yenidən alovlanma ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırkı mərhələdə İranın birbaşa hədəfə alınması ehtimalı yüksək deyil.
Politoloqun sözlərinə görə, hazırda ABŞ və İsrailin əsas diqqəti Yaxın Şərqə yönəlib və Təl-Əvivin başlıca strategiyası İranın regiondakı proksi qüvvələrini sıradan çıxarmaqdır.
"İsrail xüsusilə Hizbullah üzərindən hərəkət edir, eyni zamanda husilərə qarşı da təzyiqləri artırır. Bu, 12 günlük müharibədən sonra formalaşmış taktikanın davamıdır. Məqsəd İrana birbaşa zərbə endirməzdən əvvəl onun regiondakı dayaqlarını zəiflətməkdir", – deyə Z.Əmrəliyev qeyd edib.
Onun sözlərinə görə, müharibə dövründə İsrail İranın aviasiyasını demək olar ki, sıradan çıxarıb və İranın qırıcı təyyarələri havaya qalxa bilməyib. Lakin paralel olaraq Hizbullah, husilər və HƏMAS-ın İsrail ərazilərini bombalaması Təl-Əviv üçün ciddi çətinliklər yaradıb.
Politoloq hesab edir ki, yaxın perspektivdə İranın özünə qarşı genişmiqyaslı əməliyyatlar gözlənilmir.
"Daha real ehtimal proksi qüvvələrə qarşı əməliyyatların davam etməsidir. Burada ABŞ-ın dəstəyi həlledici rol oynayır. HƏMAS-ın tərksilah edilməsi, eləcə də İsrail və ABŞ-ın Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması ilə bağlı təzyiqləri gündəmdədir. Ancaq bu, olduqca çətin prosesdir. Çünki Hizbullah Livanın hüquq-mühafizə orqanları və ordusundan qat-qat güclüdür", – deyə o vurğulayıb.
Z.Əmrəliyev əlavə edib ki, ABŞ və İsrail üçün əsas problem yaradan qruplaşma husilərdir. Onların sıradan çıxarılması üçün Yəmənə hərbi müdaxilə tələb oluna bilər.
"Bu isə ABŞ üçün ikinci İraq və Əfqanıstan ssenarisi riski yaradır. Məhz buna görə də Vaşinqton tərəddüd edir", – politoloq bildirib.
Nəticə etibarilə, ekspertin fikrincə, İrana qarşı güclü və genişmiqyaslı müdaxilə ehtimalı azdır. Bununla belə, ABŞ və İsrail tərəfindən hava hücumları kimi məhdud hərbi addımlar istisna olunmur.
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib