Solan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - FOTO/VİDEO

Solan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - FOTO/VİDEOSolan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - FOTO/VİDEO
Erməni vandalizminin qurbanı olan balaca Zəhranın doğum günüdür - Yaşasaydı 5 yaşını qeyd edəcəkdi.
Bu gün Füzulinin Alxanlı kəndində Quliyevlər ailəsində balaca Zəhra əzizlərinin əhatəsində həyatının ilk yubileyini qeyd edə bilərdi.
Hər kəs kimi onun da gözəl arzuları ola bilərdi... Bir ailənin gülən üzünü, ümidlərini solduran isə nə az, nə çox düz 4 il bundan əvvəl Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan atəşə tutması olub.
2017-ci il iyulun 4-ü əvvəlki günlər kimi ola bilərdi...
Təzəcə addımlayırdı...
Həmin gün Alxanlı kəndinin digər sakinləri kimi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı da olacaqlardan xəbərsiz idilər.
Solan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - FOTO/VİDEOAxşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulur. Həmin gün yaşayış evlərinin atəşə tutulması nəticəsində sakinlər arasında ölənlər və yaralananlar olub.
Düşmən hücumunun qurbanlarından biri də hələ yeni-yeni ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva olub.
2 yaşlı körpəyə dəyən həmin qəlpələr nəinki Quliyevlər ailəsinə, eləcə də bütün azərbaycanlıların qəlbinə od saldı.
Yaşasaydı, 5 yaşını qeyd edəcəkdi...
Balaca Zəhranın qanlar içərisində olan soyuq bədəni bütün ölkəni matəmə boğdu. Bu hadisə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrinin mətbuat orqanları tərəfindən işıqlandırılaraq erməni vandalizmini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı.
Dünyanın nüfuzlu informasiya mənbələri olan "Reuters", BBC, "France Press" informasiya agentlikləri, "Nyu York Times", "Le Monde" qəzetləri Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi faktını rəsmi məlumatlar əsasında işıqlandırdılar.
Geriyə yalnız ürəkdağlayan gülüşü qalan körpəmiz...
Bu gün Zəhranın 5 yaşı tamam olur... Valideyn üçün övladın yerini heç nə əvəz edə bilməz. Fevralın 13-ü bütün Azərbaycan balaca Zəhranın xatirəsini yada salır. Bu gün hər kəs Zəhradır...

İlk sözləri, gülüşləri, dəcəllikləri əlindən alınan, beşiyi boş, oyuncaqları ortalıqda qalan 2 yaşlı Zəhra... Ondan geriyə ancaq telefonlarda gəzən o məsum gülüşü qaldı. O da yaddaşlardan çətin silinər. Sosial şəbəkələrdə paylaşılan həmin görüntüləri göz yaşlarısız izləmək mümkün deyil...
Ailənin bir il sonra gələn Muradı...
Ailənin solan ümidlərini bəlkə də bərpa etməz, amma bir il sonra Quliyevlər ailəsinə yeni nəfəs, yeni ümid gəlib. Zəhranın qardaşı doğulub... Balacaya Murad adı verilib. Bu balaca ailəni yarım qalan muradına çatdıracaq... 
Bəlkə də səmada bir yerlədən bizi görürsən, əziz Zəhra... Səni unutmadıq, unutdurmadıq.
Solan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - FOTO/VİDEOBu gün sənə hədiyyələr alınmalı idi...Heyf ki, əlimizdən gələn günahsız bədənin yatdığı o müqəddəs torpağa gül dəstələri qoymaqdır. 
Doğum günün mübarək, Zəhra...
Könül Cəfərli

Sosial       Tarix: 13 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri