Son 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEO

Son 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEOSon 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEO
Son 1000 ilin ən güclüsü sayılan Tonqa vulkanının püskürməsi okeanda fitoplanktonun artmasına səbəb olub.
Bu barədə "Geophysical Research Letters" jurnalında məqalə dərc olunub.
Xatırladaq ki, Tonqada (Polineziya) yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai vulkanı cari ilin yanvarın 15-də püskürüb. Güclü təbiət hadisəsi nəticəsində yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurmuşdu. Kül sütunu isə 58 kilometr hündürlüyə qalxaraq stratosferə çatıb. Bundan əlavə, püskürmə 5 nəfərin ölümünə səbəb olan sunami ilə nəticələnmişdi.

Hazırda Oreqon Dövlət Universitetinin alimləri bu püskürmənin okeanın flora və faunasına təsirini araşdırırlar. Məlum olub ki, püskürmədən iki gün sonra 60 min kvadrat kilometr ərazidə fitoplanktonun (yosunların) böyüməsi qeydə alınıb.
Tədqiqat zamanı mütəxəssislər standart fotoşəkillərdə, həmçinin qırmızı və infraqırmızı spektrdə peyk şəkillərini təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, vulkanik kül yataqları fitoplanktonların böyüməsinə cavabdeh olan qida maddələrinin əsas mənbəyidir.
Qeyd edək ki, fitoplankton atmosferdən planetin istiləşməsinə səbəb olan karbon qazını istehlak edir. Vulkan püskürmələrinin dinamikasının öyrənilməsi və bu mikroorqanizmlərin sonradan qidalanması vulkanik emissiyaların nəticələrini proqnozlaşdırmaq, həmçinin karbon qazının azaldılması texnologiyalarını hazırlamaq üçün faydalı ola bilər.
Bundan əvvəl elm adamları Tonqa vulkanının püskürməsinin 90 metr hündürlüyündə sunamiyə səbəb olduğunu müəyyən etmişdilər.
Son 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEOSon 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEOSon 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEOSon 1000 ilin ən güclü vulkan püskürməsi planeti xilas edə bilər - FOTO/VİDEOMənbə: phys.org / oxu.az

Maraqlı       Tarix: 13 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan son xeberler bugun 2026 muharibe son xəbərlər xeberler bugun