Son 3 ildə aqrar sektor nə qədər geriləyib? – ŞOK RƏQƏMLƏR

Son 3 ildə aqrar sektor nə qədər geriləyib? – ŞOK RƏQƏMLƏRAzərbaycan tarixən aqrar ölkə olub. Bu gün də belədir. Hazırda ölkə əhalisinin ən azı 50 faizi kəndlərdə yaşayır. Ölkə iqtisadiyyatında qeyri-neft sektorundan sonra ixracda aqrar sektor ikinci yeri turur.Təəssüf ki, idxalda da kənd təsərrüfatı məhsullarının payı yüksək səviyyədə qalmaqdadır. Baxmayaraq ki, Ölkə Başçısı aqrar sektorun inkişafı üçün bütün zəruri addımları atıb. Son 17 ildə regionların inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul edilib. Kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin əsas hissəsini dövlət öz üzərinə götürüb. Aqrar sektorun inkişafı üçün son illərdə yüz milyonlarla manat vəsait xərclənib. Bu tədbirlər bu gün də davam etdirilir.
Həyata keçirilən bütün tədbirlərə rəğmən aqrar sektor yerində sayır. Hətta bəzi sahələr üzrə geriləmələr var. Məsələn, ölkənin qida təhlükəsizliyində əsas yer tutan buğda istehsalı ilbəil azalır. Beləki, 2019-cu ildə ölkəmizdə 2 milyon 149 min ton buğda istehsal edildiyi halda 2020-ci ildə bu göstərici 1 milyon 867 min ton olub. Ötən il isə cəmi 1 milyon 885 min ton buğda tədarük edilib.
İkinci çörək hesab edilən çəltik istehsalında da enmə müşahidə olunur. Belə ki, 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik istehsal edildiyi halda 2019-cu ildə bu rəqəm 12 min ton, 2020-ci ildə isə 9,9 min ton məhsul toplanıb. Göründüyü kimi son 3 ildə çəltik istehsalı iki dəfəyə yaxın azalıb. Halbuki, Dövlət Proqramına görə 2025-ci ilə qədər ölkədə illik çəltik istehsalı 40 min tona çatdırılmalıdır. Görünən odur ki, bu rəqəm xəyal olaraq qalacaq.
Kənd təsərrüfatı məhsullarının digər sahələrində də geriləmə var. Məsələn, 2017-ci ildə ölkə üzrə 410 min ton şəkər çuğunduru istehsal olunub. Sonrakı illərdə isə istehsalda kəskin azalma qeydə alınıb. 2020-ci ildə isə cəmi 233 min ton anoloji məhsul istehsal edilib. Göründüyü kimi son 3 ildə çəltik istehsalı 2 dəfəyə yaxın azalıb.
Azərbaycanda zəngin pambıqçılıq ənənələri olub.Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ölkəmizdə 1,2 milyon tondan artıq pambıq istehsal edilirdi. Bu istehsal hesabına o zamanlar Azərbaycanda güclü yüngül sənaye kompleksi yaradılmışdı.Di gəl ki, bu ənənələr sonradan məhv edildi.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Prezidenti "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunurdu ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. Çox təəssüf ki, bu xəyal olaraq qaldı. Belə ki, ötən il cəmi 183 min 917 ton pambıq toplanıb.
Çay istehsalından isə danışmağa dəyməz. Belə ki, 2020-ci ildə Azərbaycanda cəmi 600 ton yaşıl çay yarpağı istehsal olunub.Bu rəqəm ölkəmizə idxal olunan çaydan 22 dəfə azdır. Belə ki, 2021-ci ildə ölkəmizdə 13 min 984 ton çay idxal olunub.
Digər kənd təsərrüfatı məhsullarının da istehsalı azalıb. Əksinə, bütün kənd təsərrüfatı məhsulları üzrə idxal ilbəil artır. Belə ki,2020-ci ildə 1 milyon 365 min ton ərzaqlıq buğda, 13 min 984 ton çay, 56 min 884 ton düyü, 43 min 948 ton ət və 9 min 657 ton süd idxal edilib.
Göründüyü kimi istehsal ilbəil azalır, idxalsa isə artır. Baxmayaraq ki, dövlətin bu sahəyə dəstəyi ilbəil artır. Məsələn, 2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 310 milyon manat subsidiya ödənilib. Bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur. 2022-ci ildə bu rəqəmin bir qədər də artacağı gözlənilir.
Dövlət dəstəyinin artması müqabilində istehsalın azalması təbii ki, ciddi narahatlıq doğurur. Bəs bu geriləmənin səbəbləri nədir?
Bu barədə növbəti yazıda…
Surxay Atakişiyev,
KONKRET.az.

Sosial       Tarix: 11 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 son xeberler bugun 2026 canli son xəbərlər azərbaycanda hava proqnozu