Son bir ilə yaxın müddətdə "Azercell könüllüləri" minlərlə ailəni sevindirib

Son bir ilə yaxın müddətdə Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir.
Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoyduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi.
Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu.
Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində "Azercell könüllüləri" xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.
"Azercell könüllüləri" 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.
Ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində "Azercell könüllüləri" Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar.
Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də "SOS Uşaq Kəndləri Azərbaycan" sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə ölkə üzrə ümumilikdə  500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.
Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.
Azercell könüllüləri uşaqlarla yanaşı, ikinci Vətən Müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə "Azercell könüllüləri"nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.
Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.
Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də "Azercell könüllüləri" nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.
Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi "Azercell könüllüləri" mütəmadi şəkildə  aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.
"Azercell könüllüləri" bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər.
Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək "Azercell könüllüləri" üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. "Azercell Könüllüləri" keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir.

İqtisadiyyat       Tarix: 20 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar