SON DƏQİQƏ: Hindistanla Çin arasında müharibə - Yaralılar var (YENİLƏNDİ)
Çinin "Global Times" qəzeti Hindistan mediasının sərhəddə toqquşma olması ilə bağlı iddialarını yalanlayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, qəzetin tvitter hesabında iddianın reallığı əks etdirmədiyi bildirilib.
Qəzet qeyd edir ki, sərhəd bölgəsindəki vəziyyət nəzarət altındadır.
****
10:44
Hindistan və Çin sərhədində toqquşma olub.
Publika.az TASS-a istinadən xəbər verir ki, nəticədə, 20 çinli və 4 hind əsgərinin yaralandığı bildirilir.
"Latesly" informasiya portalının məlumatına görə, Hindistanın Himalay əyalətinin Naku-La aşırımında Çin ordusunun hərbçiləri Hindistan ərazilərini işğal etməyə cəhd göstərib. Hindistan hərbçiləri onların cəhdini cavabsız qoymayıb.
Qəzetin yazdığına görə, ərazidəki vəziyyət artıq nəzarət altındadır.
Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.
Bu məlumat Hindistan və Çinin quru qoşunları komandanlığı nümayəndələrinin sərhəd bölgələrindəki vəziyyəti və qoşunların geri çəkilməsi məsələlərini müzakirə etdikləri danışıqlardan bir müddət sonra ortaya çıxıb.
"Times of India" qəzetinin verdiyi məlumata görə, iclasda 14-cü Hindistan Ordusu Korpusunun komandiri general-leytenant Menon və Çin Xalq Qurtuluş Ordusunun Cənubi Sincan Hərbi Dairəsinin komandanı general Liu Ling iştirak edib. İclas bazar günü başlayıb və 15 saat davam edib. Bu, doqquzuncu belə görüş olub.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək