SON DƏQİQƏ! Yenidən ANTİTERROR ƏMƏLİYYATI ola bilər
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
KONKRET.az xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Ramiz Şərifov referans.az-a açıqlamasında Ermənistanın sərgilədiyi bu siyasətə fikir bildirib.
"Ermənistan respublikası və onun hərbi qanadı, Paşinyan başda olmaqla 44 günlük müharibədən sonra özlərini itirmiş vəziyyətdə idilər. Sülh danışıqları üçün sistematik olaraq mesajlar göndərirdilər, Azərbaycanın tələblərini yerinə yetirirdilər. Amma zaman keçdikcə Ermənistan və onların havadarları Ermənistanı silahlandırmağa başladılar. Hindistan, Fransa və digər qonşu dövlətlər Ermənistana silah ötürdülər. Son zamanlar ABŞ-la birlikdə aparılmış təlimlər, Amerikadan gəlmiş hərbiçilərlə söhbətlər və s. bütün bunların nəznində Ermənistan Respublikası və onun başında duran Paşinyan elə bilir ki, onlardan hansısa dəstək alacaq, yenə öz revanşist hərəkətlərini həyata keçirəcəklər. Hələ ki Azərbaycana qarşı ərazi iddiası olmasa da, gələcəkdə yenidən nəsə etmək fikirləri hələ də qalıb. Bu məqsədlə özləri istəyərək və ya havadarların göstərişi ilə atəşkəsi sistematik pozmağa başlayıblar".
Ekspert qeyd edib ki, atəşkəsin yenidən pozulması qisas, antiterror və bu kimi digər əməliyyatlara gətirib çıxara bilər.
"Nə sülh, nə müharibə şəraitində demək olar ki, sülh müqaviləsinə imza atılmaması, sərhədin pozulması, atəşkəsin pozulması konfliktin yaradılması deməkdir. Bu addımları Ermənistana sadəcə fəlakətə aparır. Bu cəhdlər təkrarlanarsa, Ermənistanın bir dövlət kimi varlığı belə sual altına düşəcək".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb