Son dövrün "ən məhsuldar casus"u aşkarlandı - FOTO
Son dövrün "ən məhsuldar casus"u aşkarlandı - FOTO
Çindən olan "Robin Çjan" ləqəbli casusun Britaniya rəsmilərindən məxfi məlumatlar aldığı və məlumat mübadiləsi etdiyi məlum olub.
Dövlət qulluqçuları üçün "əlverişli" olan bu sövdələşmələr saxta profillər vasitəsilə bağlanıb.
Müəyyən edilib ki, bir tək çinli casus "LinkedIn" profillərindən istifadə edərək minlərlə Britaniya məmurunu külli miqdarda pul və gəlirli biznes sövdələşmələri müqabilində dövlət sirlərini ötürməyə sövq etməyə çalışıb.
Qərb təhlükəsizlik xidmətləri "Robin Çjan" ləqəbli bu kəşfiyyatçını son dövrlərdə Britaniya maraqlarına qarşı işləyən "ən məhsuldar casus" adlandırıb. Məlum olub ki, Böyük Britaniya son beş ildə onun maraqlarının hədəfinə çevrilib.
Robin Çjan özünü müxtəlif şirkətlərin işçisi kimi təqdim edib. Hər məlumat ötürülməsi üçün o, məmurlara 10 min dollardan başlayan məbləğlər təklif edib. Bəzən isə pul əvəzinə Çinə pullu səfərlər və ya sərfəli konfranslarda iştirak vəd edib. Kəşfiyyatçının hələ də bu yolla məxfi məlumatları əldə etdiyi bildirilir.


Mənbə: "The Times" / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR