Son sutkada İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.
azxeber.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, vətəndaşlardan gələn müraciətlərə uyğun olaraq, Azərbaycan diplomatik missiyaları tərəfindən müvafiq dəstək göstərilir.
"İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib. Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur", - deyə Ayxan Hacızadənin açıqlamasında qeyd olunur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma