Sorğu: Ermənilər Kılıçdaroğlunu dəstəkləyirlər - SƏBƏB
Ermənistan sakinləri Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda kimi dəstəklədiklərini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə svpressa.ru məlumat yayıb.
Məlumata görə, İrəvanda keçirilən sorğuda iştirak edən ermənilərin əksəriyyəti hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı yox, müxalifətin namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.
"Mən Kamalı dəstəkləyirəm. Onun Ermənistandan, İrandan keçməli olan yol planları var… Bu isə artıq Ermənistan üçün müsbət bir haldır", – İrəvanın yaşlı sakinlərindən biri deyib.
"Ərdoğanın hakimiyyəti illərində Türkiyənin Ermənistanla münasibətləri yaxşı deyildi. Ola bilsin ki, bu, başqa prezidentin dövründə dəyişəcək", – deyə sorğunun gənc iştirakçısı bildirib.
İrəvanda keçirilən sorğu zamanı belə fikirlər səslənib:
"Mən Ərdoğana yox, başqasına, Kamala üstünlük verirəm. O qalib gəlsə, daha yaxşı olar", "Kamal daha çox qərbyönümlüdür, onun dəyərləri o qədər də Turançı deyil", "Ərdoğan silahlara çox pul xərcləyir. İstərdim ki, ikinci raundda uduzsun. Bu, təkcə bizim yox, bütün dünya üçün yaxşı olardı. Ermənistan əhalisi, bildiyimə görə, Ərdoğanın əleyhinədir".
Bəzi ermənilər isə ikinci turun nəticələri barədə daha neytral danışıblar. Xüsusilə, nə Ərdoğanın, nə də Kılıçdaroğlunun Ermənistan və ermənilər üçün yaxşı variant olmayacağı ilə bağlı fikirlər səsləndirilib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək./Oxu.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi