Sosial şəbəkələri olmayan ölkə: Türkmənistanda mövcud olan sonuncu messencer İŞLƏMİR

Sosial şəbəkələri olmayan ölkə: Türkmənistanda mövcud olan sonuncu messencer İŞLƏMİRTürkmənistan sakinləri ölkədə ən son mesajlaşma proqramı olan "IMO"dan istifadə etmək imkanını itiriblər. 
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb dünyada ən aşağı hesab edilən internetin sürəti və son həftələrdə daha da yavaşlamasıdır.
Qeyd edək ki, ölkədə bütün digər messencerlər və sosial media platformaları bloklanıb. Türkmənistan vətəndaşlarının dünyanın qalan hissəsi ilə əlaqəsi nominal olaraq kəsilib.
Bu Mərkəzi Asiya respublikası dəfələrlə dünyada ən yavaş internetə malik ölkə kimi qeyd olunub. Yerli əhalinin fikrincə, son həftələrdə internetin sürəti daha da yavaşlayıb.
"IMO" artıq işləmir, qalan hər şey çoxdan bloklanıb. Hətta xarici telekanalları internetdən izləmək mümkün deyil. Artıq bir həftəyə yaxındır ki, "Euronews"a baxa bilmirik", – deyə Aşqabad sakini bildirib.
Türkmənlər bloklanmış sosial şəbəkələrə VPN vasitəsilə daxil olurlar, lakin yavaş internet istənilən saytın açılmasını demək olar ki, qeyri-mümkün edir.
İstifadəçilər bildirirlər ki, sürətin aşağı olması ilə yanaşı, Türkmənistanda internet dünyanın ən bahalı xidmətlərindən biridir.
Böyük Britaniyanın "Cable.co.uk" şirkətinin dünya üzrə genişzolaqlı internet sürəti ilə bağlı hesabatı göstərib ki, orta internet sürəti saniyədə 0,50 meqabit olan Türkmənistan 2021-ci ildə 224 ölkə arasında ən yavaşı olub. Hesabatda bildirilir ki, 5 giqabaytlıq filmi yükləmək 22 saat 34 dəqiqə çəkir.
Qeyd edək ki, "IMO" Türkmənistanda hələ də mövcud olan son ani mesajlaşma proqramı idi. Aprelin sonunda "ICQ" messenceri bloklanıb. "WhatsApp", "Viber", həmçinin "Facebook", "Twitter", "YouTube" kimi sosial şəbəkələr Türkmənistanda çoxdan mövcud deyil.
Sosial şəbəkələri olmayan ölkə: Türkmənistanda mövcud olan sonuncu messencer İŞLƏMİRTürkmənistanda müstəqil media yoxdur, bütün radio, televiziya, qəzet və xəbər saytları dövlətin nəzarətindədir. Hökumət insanların hərəkətinə də nəzarət edir, bir çoxunun xaricə səyahətinə qadağa qoyur, hətta etibarlı biletlərə və vizaya malik olmasına baxmayaraq, sərnişinləri xaricə gedən reyslərdən uzaqlaşdırır.
Bir neçə nəfər yerli mediaya bildirib ki, onlar internetin sürəti ilə bağlı "Türkmentelekom" dövlət şirkəti olan İnternet provayderinə şikayət ediblər, lakin heç nə dəyişməyib.
2022-ci ildə o vaxtkı prezident Qurbanqulu Berdiməhəmmədov ölkənin Milli Təhlükəsizlik Nazirliyinə internetə əlavə nəzarətin tətbiqi barədə göstəriş verib.
Dövlət Təhlükəsizlik Şurasının iclasında çıxış edən Berdıməhəmmədov "2021-ci ildə internetə nəzarətin lazımi qaydada həyata keçirilmədiyini" təəssüflə bildirib.
Türkmənistan hökuməti insanların sosial mediaya VPN vasitəsilə daxil olduğunu bilir. İyun ayında polis bir neçə yerli tanınmış bloqqer və nüfuzlu şəxslərə zəng edərək onlara xəbərdarlıq edib ki, bundan sonra Türkmənistanı müsbət tərəfdən göstərən materialları yerləşdirməlidirlər.
Xatırladaq ki, Türkmənistanda öz sosial şəbəkələrini yaratmaq üçün dəfələrlə cəhdlər edilib, lakin hamısı uğursuzluqla nəticələnib. 2013-cü ildə "Arzuw", 2015-ci ildə "YASHLYK.COM", daha sonra "imenami.tm", 2018-ci ildə isə "Bizbarde" yaradılıb. Bu saytların hamısı indi əlçatmazdır.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri