Sosial şəbəkənin məşhur həkimi saxtakar çıxdı: HƏKİM DEYİLMİŞ
Sosial şəbəkənin məşhur həkimi saxtakar çıxdı: Həkim deyilmiş"TikTok"da minlərlə izləyicisi olan və özünü həkim kimi təqdim edərək sağlamlıq məsləhətləri verən gənc qadının həkim olmadığı ortaya çıxıb.
azxeber.com BiG.AZ-a istinadla xəbər verir ki, Avstraliyada yaşayan 30 yaşlı D.K. adlı qadın sosial şəbəkədə saxta ad etiketlərindən istifadə edərək özünü həkim kimi təqdim edib və səhhəti ilə bağlı insanları məlumatlandırıb.
Məlum olub ki, xərçəng, HİV və hamiləlik problemi olan insanlara kömək edən D.K. insanları aldadır. 2019-2021-ci illər arasında Dr. D.K. Adı ilə "TikTok"da minlərlə izləyici toplayan D.K., həkimlik diplomu olduğunu iddia edərək, xəstələrə göndərmək üçün adı ilə saxta məktublar hazırlayıb.
O, oktyabrın 11-də Sidneydəki Dauninq Mərkəzi Məhkəməsində özünü həkim kimi təqdim etmək və tibb işçisi kimi çıxış etmək ittihamı ilə günahını etiraf edib. Koronavirus pandemiyası zamanı başlayan bağlanmalara görə işini itirməkdən qorxduğu üçün həkimlik postlarının ağlına gəldiyini ifadə edib. D.K. iki il müddətinə İcma Cəza Sərəncamına və 13.300 dollar cərimələnib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"