Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır

Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılırSosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır
Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərlə bağlı müasir əsasda idarəetmə forması kimi "Elektron keys menecment" sisteminin hazırlanması işləri artıq yekunlaşır.
E-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır.
Tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə Agentlik tərəfindən daimi müşahidə olunacaq.
Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq. /oxu.az

Sosial       Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az