Soyuq havada bədəni isidən və xəstəliklərdən qoruyan 7 üsul

Soyuq havada bədəni isidən və xəstəliklərdən qoruyan 7 üsulSoyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir çox üsullar mövcuddur.
Milli.Az bu üsullarla tanış edir.
1. Bronxitə qarşı əncir
Əncir ağciyərləri və bronxları istiləşdirməyə, o cümlədən kəskin küləyin təsirindən qorunmağa kömək edəcək. Çünki onun tərkibinə istiləşdirici maddələr daxildir. Təzə əncir və qaymaqlı desert yeyin. Gündə bir neçə çay qaşığı əncir mürəbbəsi də immun sisteminə zərər verməyəcək.
Şaxtalı havada zoğal və qreypfrutlu süd də tənəffüs yollarını isitməyə kömək edəcək.
2. Daha çox şokolad!
Əgər imkan varsa, şokolad vannası üçün salona gedin - şokalad xırda dərialtı damarları, xüsusilə əllərin və ayaqların kapilyarlarını canlandırır və orqanizmin soyuğa uyğunlaşmasına kömək edir. Yeri gəlmişkən, şokolad masajını evdə asanlıqla özünüz də edə bilərsiniz. Aşağı odda tünd şokoladı əridin, məqbul bir temperatura qədər soyudun və ayaqlarınıza çəkin. İsti şokolad bədəni xardal qədər isidir, amma qıcıqlandırmayacaq. Şokolad masajı ən təsirli yaşlanma əleyhinə prosedurlardan biridir, dəriyə yaxşı təsir edir.
3. Ulduz anisi ilə çay
Anis və ya Skandinaviya çayı həddindən artıq soyuqlara uyğunlaşmağa kömək edəcək. Bir çay qaşığı qara çaya bir çimdik qurudulmuş zəncəfil, rozmarin, toz darçın və bıçağın ucunda bir neçə ulduz anisi əlavə edin. Bu çayı çox isti halda içmək olmaz, kiçik qurtumlarla dərindən qoxlayaraq için.
4. İmmunostimulyatorların əvəzinə salatlar
Soyuq mövsümdə başlıca vəzifəmiz maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edəcək. Bişirilən zaman tərəvəzlərdə bir çox bioaktiv maddələr məhv olur. Odur ki, immuniteti gücləndirən ən yaxşı yemək salatlardır.
Məsələn, zoğal suyu ilə turp. Qara turp daha çox askorbin turşusuna malikdir, lakin acıdır. Odur ki, şirin və uzunsov turp götürün, onu nazik doğrayıb zeytun yağı ilə qarışdırın. Zoğalları bir çimdik şəkərlə qarışdırıb odun üstündə sous halına gətirin. Və bu sousu salata əlavə edin.
Digər bir "vitamin partlayışı" toyuq sinəsi və qırmızı soğan ilə portağal salatıdır. Qəribə görünən inqredientlərə baxmayaraq, salat ləzzətli və çox canlandırıcıdır. Xırçıldayan aysberqin kahı yarpaqlarına soyulmuş və kəsilmiş portağal, qırmızı soğan dilimləri qoyub zeytun düzün. Qaynadılmış toyuq sinəsinin üzərinə isə zeytun yağı tökün.
5. Pomidor suyu içmək
A vitamininin sintez olunduğu karotenoidlər timus hüceyrələri (timus vəzi) üçün ən yaxşı müdafiədir. Onların konsentrasiyası nə qədər yüksək olarsa, bu orqan immunitet proseslərini tənzimləyə və mövsümi xəstəliklərə qarşı çıxa bilir. Gündə ən azı bir stəkan yüksək keyfiyyətli pomidor suyunun müntəzəm içilməsi bədənin bütün hüceyrələrində karotenoidlərin konsentrasiyasını artırır.
6. Ətdən imtina etməyin
Soyuq hava bizi daha tez yorur. Zülallar yorğunluq ilə mübarizə aparır. Odur ki, yağsız mal əti və toyuqdan imtina etməyin. Bitkilərdə də zülallar var. Onların əsas mənbəyi düyü, soya və qırmızı lobyadır. Taxıl çörəyi, mal, dana, hinduşka əti və sarımsaq isə tərkibindəki sink sayəsində immuniteti qorumağa kömək edir.
7. Düzgün nəfəs almağı öyrənin
Kəskin küləkli havada küçəyə çıxanda dərhal dərin nəfəs almayın. Soyuq havanın kəskin axını hətta sağlam insanlarda da bronxların refleksli spazmasına səbəb ola bilər. Ürək xəstələrində koroner spazma baş verə bilər, hansı ürək tutmasıyla nəticələnə bilər.
- Yalnız burnunuzla nəfəs alın, bu zaman hava burnunuzdan keçərkən istiləşməsi üçün vaxt qazanır.
- Küçə boyunca gəzərkən ritmik nəfəs alın: bir-iki - burnunuzla nəfəs alın, üç-dörd - ağzınızla nəfəs alın.
- Yoqa da isinməyin yollarından biridir. Üşüyürsünüzsə, havanı burnunuzdan sinənizə çəkin (təxminən dərin bir nəfəs). İndi sağ burun boşluğunu tutub havanı soldan çıxarmağa başlayın. Prosedur bir neçə dəfə təkrarlana bilər. Beləliklə, bədənin termorequlyasiyası tənzimlənəcək və isinəcəksiniz.
Fəlsəfə doktoru, rusiyalı kardioloq Tamara Ogiyeva bildirib ki, kəskin soyuqlarda oksigenin miqdarı dəyişir: qan dövranı yavaşlayır, qanın qatılığı artır.
"Temperatur dəyişkənliyinə ən pis ürək-damar xəstəliyindən, angina pektorisindən əziyyət çəkən ürək xəstələri reaksiya verir. Xüsusilə isti otaqdan soyuğa çıxarkən onlarda ürək çatışmazlığı, təngənəfəslik, sinədə ağrısı əlamətləri görünə bilər. Soyuq hava astma və obstruktiv bronxopulmoner problemləri olan xəstələrdə də kəskinləşməyə səbəb ola bilər.
Lakin hipertoniyadan əziyyət çəkən xəstələrdə temperatur dəyişkənliyi xüsusi əhəmiyyət kəsb etmir, onların vəziyyəti atmosfer təzyiqinin və hava rütubətindəki dalğalanmalardan daha çox təsirlənir. Yeri gəlmişkən, tez-tez damar problemləri olan xəstələr istiyə soyuqdan daha pis cavab verirlər" , - deyə o, qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler cəbhədən video en yeni xeberler novruz bayramı