Söz qədər uzun və dəyərli

Söz qədər uzun və dəyərliMənə elə gəlir ki, onun uzun-uzadı təqdimata ehtiyacı yoxdur. Gənc olmasına baxmayaraq, bu gün Azərbaycan teleməkanında, elmində publisistikasında, poeziyasında Bəhruz Niftəliyev imzası öz möhrünü vurub. Televiziya nəzəriyyəsi üzrə ən gənc alimlərdən biri olan Bəhruzun, poeziya dünyası ilə oxucuları o hələ tələbə olarkən tanışdılar.
Odur ki, onun poeziyası da, publisistikası da bir-biri ilə "mehr-məhəbbətlə möhürlənib". Sözündəki bütövlük, kamillik onun sözünə, imzasına sahib olan bir söz əhli olduğundan xəbər verir və gənc yazar elmdə də, poeziyada da, publisistikada da özünəməxsus iz qoyur.
Bəhruz Niftəliyev bu gün Azərbaycan teleməkanında püxtələşmiş bir kadrdır. Hələ on iki yaşında Azərbaycan Televiziyasında yayımlanan "Pəncərə" uşaq verilişinin aparıcısı kimi tamaşaçı rəğbətini qazanıb. Bir sıra sənədli-bədii filmlərin müəllifidir. Bəhruzun Qərbi Azərbaycandan deportasiya edilən ailələrin yaşadığı, şahidi olduğu hadisələrdən bəhs edən "Mənim ailəm" sənədli-bədii filmlər silsiləsi müəllifin ata yurduna bağlılığının, Vətənpərvərliyinin növbəti təzahürüdür.
Onun Vətənə, torpağa bağlı olan "Bir ovuc torpaq", "Bir nəslin faciəsi", "Salam Şuşa", "Vətən aşiqləri", sənədli filmlərinin də adlarını çəkə bilərik. Bu filmlərin mövzusu bir olsa da, "tempi, ruhu ilə bir-birindən fərqlənirlər". Bu da Bəhruzun özünəməxsus yaradıcılığa malik olmasından irəli gəlir.
Çoxlarından fərqli olaraq Bəhruz televiziyaya yalnız ekranda görünmək xatirinə gəlmədi. Əksinə, öyrənmək bilmək, öyrəndiklərini və bildiklərini cəmiyyətə çatdırmaq məqsədilə bu "sehirli güzgü"nü daha dərindən öyrənməyi qarşısına məqsəd qoydu və ustadların yetişdiyi bir məktəbdə, Ana televiziyamızda püxtələşdi, sevildi, məşhurlaşdı.
İllər keçdi. O, təcrübə ilə yanaşı, nəzəriyyəni də daha mükəmməl öyrənməyi qarşısına məqsəd qoydu. Magistr təhsili ilə kifayətlənmədi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dissertantura təhsilinə yiyələndi. 2022-ci ildə B.Niftəliyev sənətşünaslıq üzrə fəlsəfə doktoru kimi şərəfli bir ada layiq görüldü. Bu il Bəhruza daha bir uğur da bəxş etdi. O, həmin il Prezident mükafatına layiq görüldü.
Hazırda Azərbaycan televiziya məkanının maraqlı mavi ekranlarından biri də "Mədəniyyət" kanalıdır və Bəhruz bu telekanalın direktor müavinidir. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə öz əksini tapır və tamaşaçıya çatdırılır. Bu da milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdırmaq, onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir. Təbii ki, bu verilişlərin əksəriyyətinin ərsəyə gəlməsində Bəhruzun da payı var.
Təəssüf ki, son illər bəzi telenəzəriyyəçilər tərəfındən belə bir yanlış fikir formalaşdırılıb ki, "televiziya tamaşaçının arxasınca getməlidir". Məncə, çox yanlış fikirdir. Əksinə, televiziya tamaşaçısını arxasınca aparmağı bacarmalıdır. Gənc alim Bəhruz Niftəliyev də məhz bu fikirdədir. Müəllifin "Televerilişlərin struktur problemləri" adlı monoqrafiyasında diqqətimi daha çox cəlb edən, onun "tamaşaçının arxasınca getmək doğru deyil, tamaşaçını televiziyaya cəlb etmək lazımdır" fikri oldu. Tamamilə doğru fikirdir. Tamaşaçılar müxtəlif təbəqələrdən ibarətdir. "Onu daha yaxşı, daha səviyyəli verilişlərə baxan tamaşaçıya çevirməliyik" söyləyən müəllif əsərində bunun yollarını da geniş şəkildə izah edir.
Müəllif Azərbaycan televiziya məkanında hazırlanan verilişlərin strukturundakı problemləri elmi cəhətdən geniş şəkildə araşdırıb. O, telekanallarda yayımlanan müxtəlif məzmunlu və formatlı verilişlərin strukturuna nəzər salaraq oradakı problemləri sadalamaqla kifayətlənmir, həm də onların aradan qaldırılması, həlli yollarını göstərir. Bu sahədə dünya təcrübəsindən bəhrələnməyi tövsiyə edərək söyləyir ki, "televiziya insanlığı, bəşəri duyğuları, ali hissləri təbliğ etməlidir!".
B.Niftəliyev bu sahəyə aid yazdığı məqalələrində, elmi əsərində ölkəmizdə fəaliyyətdə olan telekanallarda yayımlanan istər informasiya, istər şou verilişlərindəki struktur problemlərini, qüsur və nöqsanlarını elmi əsaslarla açıqlayır. Müəllif fikirlərini, tövsiyələrini əsaslandırmaq üçün yalnız elmi mənbələrlə kifayətlənmir, həm də CNN və STAR TV kimi nüfuzlu telekanalların təcrübəsinə istinad edir.
Onun bu mövzuya həsr etdiyi həm məqalələrindən, həm də elmi əsərindən bəlli olur ki, müəllif mövzuya məsuliyyət və sevgi ilə yanaşır. Ona görə də maraqlı, dəyərli fikirlər, tövsiyələr ortaya qoyub. Məqalələrində, əsərində diqqətimi cəlb edən məsələlərdən biri də onların sadə və aydın dildə yazılması oldu. Bu, bəlkə də ondan irəli gəlir ki, Bəhruz həm də bədii yaradıcılıqla məşğul olur. Onun bədii-publisistik məqalələri, esseləri və şeirləri müntəzəm olaraq yalnız Azərbaycanda dövrü mətbuatda deyil, həm də qardaş Türkiyədə çap olunur. O, tez-tez Türkiyənin "Telmih" dərgisində söz dünyası ilə oxucularının görüşünə gəlir.
Deyirlər ki, "sözün öz işığı var". Əslində, Bəhruz da elə gözünü bu işıqda açıb. Uşaqlıqdan "sözlə yoğrulan" bir qələm əhlidir. "Aşıq gördüyünü çalar" deyirlər. Bəhruz ömrünü-gününü "sözə çulğalamış", söz aləmində öz dəsti-xətti olan istedadlı publisist, Əməkdar jurnalist Flora Xəlilzadənin ocağında dünyaya gəlib və söz, sənət işığında böyüyüb. Qardaşı Elnur Niftəliyev də onun kimi tanınmış gənc alim və söz əhlidir. Bəhruzun ömür-gün yoldaşı da jurnalistdir. Bu ocağın bir ruhu, bir qayəsi var — söz! Sözə bürünüb söz qədər uca, dəyərli, pak bir ömür yaşayır bu ocağın sakinləri.
Nə mavi ekranın cazibəsi, nə də layiq olduğu mükafatlar, fəxri adlar, məşhurluğu bəzilərindən fərqli olaraq Bəhruzu təkəbbürlü etmədi. Əksinə, Bəhruz Azərbaycan teleməkanını daha parlaq, aydın görmək və sevmək üçün zəhmətə qatlaşdı. Həm nəzəriyyəsini, həm də təcrübəsini öyrəndi. Öyrəndiklərini öyrətmək üçün çoxsaylı elmi məqalələr yazdı, dissertasiya müdafiə etdi, monoqrafiya hazırladı. Bax, bütün bunlar əminlik yaradır ki, Bəhruz bu sahənin istedadlı və təcrübəli mütəxəssislərindən biridir.
Bəhruz dünyaya yaz fəslinin ən gözəl çağında — mayın 8-də göz açıb. Öz söz dünyası olan B.Niftəliyevin doğum günüdür. Ona söz qədər uzun və dəyərli ömür arzulayırıq.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
Söz qədər uzun və dəyərli/ azxeber.com

Siyasi       Tarix: 04 may 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler novruz bayramı valyuta mezennesi banklar idman xeberleri