"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsələ yalnız bir neçə yazıdan, daş lövhədən və ya dini rəmzdən ibarət deyil. Burada söhbət bütöv bir tarixi yaddaşın kimə məxsus olması uğrunda mübarizədən gedir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, bir abidənin üzərinə sonradan başqa yazı əlavə edilirməsi tarixi mənbəyə müdaxilədir:
"Gəncəsər və Xudavəng kimi abidələr Qafqaz Albaniyasının xristian irsi ilə bağlı Azərbaycanda aparılan uzunmüddətli tarixi araşdırmaların mühüm mövzularındandır. Bu abidələrdə müxtəlif dövrlərdə aparılmış dəyişikliklər, əlavə edilmiş yazılar və daş elementlər barədə Azərbaycan alimlərinin araşdırmaları mövcuddur. Bu səbəbdən hər bir detalın müasir elmi metodlarla, əvvəlki fotoşəkillər, arxiv materialları və epiqrafik nümunələrlə müqayisəli şəkildə öyrənilməsi vacibdir. Əgər bir abidənin üzərinə sonradan başqa yazı əlavə edilirsə, qədim element dəyişdirilir və ya tarixi qat gizlədilirsə, bu artıq sadəcə restavrasiya məsələsi deyil. Bu, tarixi mənbəyə müdaxilədir. Daş da sənəddir. Freska da sənəddir. Ornament də sənəddir. Sənədi dəyişməklə isə keçmişi dəyişmək mümkün deyil".
Deputat qeyd edib ki, Xudavəngdəki freskaların, qədim rəmzlərin və digər elementlərin taleyi hərtərəfli araşdırılmalıdır:
"Xüsusilə Xudavəngdəki freskaların, qədim rəmzlərin və digər elementlərin taleyi hərtərəfli araşdırılmalıdır. Eyni yanaşma müqəddəs Dadi ilə əlaqələndirilən qalıqların 2023-cü ildə ərazidən aparılması barədə məlumatlara da şamil edilməlidir. Dini və mədəni irs şəxsi əşya deyil ki, ərazini tərk edərkən götürüb aparasan. Belə məsələlərdə inventarlaşdırma, sənədləşdirmə və beynəlxalq ekspertiza ən doğru cavabdır. Burada bir paradoks da var. İllərlə dünyaya "mədəni irs" dərsi verməyə çalışan dairələr Qarabağdakı xristian abidələrinin bütün tarixi qatlarının obyektiv araşdırılması məsələsində eyni həssaslığı göstərməlidirlər. Əgər həqiqətən məqsəd mədəni irsi qorumaqdırsa, nədən qorxuruq? Qapılar mütəxəssislərə açılsın, daşlar, yazılar, freskalar, tikinti qatları müasir texnologiyalarla tarixləndirilsin və nəticəni elm desin".
"Azərbaycanın məqsədi tarix yaratmaq deyil. Azərbaycanın kifayət qədər zəngin tarixi var. Məqsəd mövcud tarixin üzərindən sonradan çəkilmiş siyasi qatları ayırmaqdır. Tarixin ən yaxşı xüsusiyyəti də budur: onu müəyyən müddət gizlətmək olar, amma əbədi susdurmaq mümkün deyil. Daşın yaddaşı siyasi təbliğatdan daha uzunömürlüdür",-deyə deputat vurğulayıb.
Şahanə Ziyad

Siyasi       Tarix: 17 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. xəbə

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. xəbər verir ki, bu barədə İsgəndər Mömini İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edi

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə yenidən toxunaraq, iki ölkə arasında sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu açıqlayıb. O bildirib ki, Azərbaycanla sülh sazişini

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləs

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. KONKRET. -a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. "Bu yaxınlard

"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət

"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub". Bu sözləri -a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. . O qeyd edi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son xabarlar kriminal bugun cebheden xeber