Spiker deputat köməkçilərini bir araya topladı

Spiker deputat köməkçilərini bir araya topladıSpiker deputat köməkçilərini bir araya topladı
Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib.  
Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verləilib. 
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.  
Milli Məclisin sədri iclası açaraq bildirib ki, görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barəsində fikir mübadiləsi aparmaqdır. Spiker vurğulayıb ki, hazırda Azərbaycan öz inkişafının yeni bir mərhələsini yaşayır.  
Sahibə Qafarova vurğulayıb ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib. Spiker deyib ki, ilk növbədə qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir.  
O bildirib ki, qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir:  
"Azərbaycan həqiqətlərinin, o cümlədən, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatların dünyaya çatdırılması üçün deputatlar beynəlxalq təşkilatlarda daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ən vacib vəzifələrdən biri isə budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir. Əlbəttə, deputatların vəzifələri bununla bitmir. Bu vəzifələrin uğurla yerinə yetirilməsində siz köməkçilərin üzərinə böyük məsuliyyət düşür". 
Sədr deputat köməkçilərinə müraciət edərək söyləyib ki, onlar öz fəaliyyətlərində bu məqamı daim nəzərə almalıdırlar:  
"Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir. Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır".  
Sədr öz çıxışında koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxunub. Qeyd edib ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərib:  
"İndi seçicilər ilə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Siz seçicilər ilə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız. Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcək".  
Sədr daha sonra söylədi ki, onun sərəncamları əsasında Milli Məclisdə struktur və kadr islahatları aparılıb. Bu barədə mətbuatda geniş məlumat verilib. Bir sıra şöbələr ləğv edilib, yeni şöbələr yaradılıb, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub. Yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün siz yeni şöbə ilə iş birliyi şəraitində çalışmalısınız.  
Çıxışının sonunda sədr deputat köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq dedi:  
"Ümid edirəm ki, siz üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, sizə bəslənən yüksək etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz".  
Görüşdə çıxış edən Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir: "Bildiyiniz kimi, hər bir parlamentin 4 əsas funksiyanı vardır: qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası.  
Bu, o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür. Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir". 
Aqşin Kərimov

Siyasi       Tarix: 16 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə