Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO

Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTOSpiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
Bu gün 98 saylı Şəmkir Şəhər Seçki Dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu videoqəbulun müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini xatırladan Sahibə Qafarova seçiciləri və onların ailələrini Qurban bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını ifadə edib.
Videoqəbulda millət vəkili fərdi yaşayış evinin inşası üçün həyətyanı torpaq sahəsi ilə təmin olunması və ya şəhər ərazisində sosial mənzillərin inşası, N.Gəncəvi adına şəhər tam orta məktəbinin binasının yenidən qurulması, II qrup Çernobıl əlilinin nəqliyyat vasitəsi ilə təmin olunması, Morul tam orta məktəbinin binasının inşası və bir sıra digər məsələlərlə bağlı secicilərin müraciətlərini dinləyib.
Bildirilib ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, onların bir qismi artıq müsbət həllini tapıb. Videoqəbulda Sahibə Qafarova ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycanda sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir.
Onların mənzil-məişət məsələlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Milli Məclisin deputatı qeyd edib ki, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu sahədə icra olunan layihələr nəticəsində minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.
Son illərdə regionlarda böyük infrastruktur layihələrinin icra edildiyini, bu layihələrin ardıcıl icrası nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, Şəmkir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülüb.
Seçici müraciətlərinə cavab olaraq Milli Məclisin deputatı təhsil sahəsində də görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Sahibə Qafarova bildirib ki, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması dövlət tərəfindən xüsusilə diqqət mərkəzindədir. Millət vəkili xatırladıb ki, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif layihələr həyata keçirilib.
3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Spiker Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətinin də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Sahibə Qafarova vurğulayıb ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir.
Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO

Siyasi       Tarix: 29 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpus

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verdi

Bu gün Baş nazir Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub. Bu barədə -a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə A

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber cəbhədən şad xəbər hava proqnozu bu gunun xeberleri haqqinda melumat