Spirt koronavirusdan qorumur?
Son zamanlar dünyada təşvişə səbəb olan koronavirusdan qorunmaq yollarından birinin də spirtdən tez-tez istifadə olduğu bildirilir. Mütəxəssislər əlləri sabunla tez-tez yumağı, bu mümkün olmadıqda tez-tez spirtlə silməyi, eləcə də təmasda olduğumuz əşyaları spirtləməyi tövsiyə edirlər.
Bir çoxları spirtdən dezinfeksiyaedici kimi isrtifadə etməklə yanaşı, spirtli içkilərin qəbulunun da viruslardan, eləcə də təhlükləli koronavirusdan qoruduğunu iddia edirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Yevgeni Bryun isə alkoqolli içkilərin koronavirusdan qorumadığını bildirib: "Bu, sadəcə yanlış fikir deyil, cinayət düşüncəsi astanasında olan bir mifdir. Soyuqdəymə, qrip, koronavirus zamanı heç bir spirtli içki içməyin, bu, ürəyə bir yükdür, ürəyi dayandırır".
Həkim onu da qeyd edib ki, soyuqdəymə zamanı ürəyə çox yük düşür və həkimlər də buna görə hər zaman deyirlər ki, soyuqdəymə olanda hamama getməyin.
Rusiyada alkoqol istifadəçilərinin sayının həddən artıq çox olduğunu vurğulayan həkimin sözlərinə görə, onların xeyli hissəsi nə narkoloqa, nə də həkimə müraciət edir: "Bir ayda hər gün 50 ml güclü spirtli içki qəbul edən şəxsdə qaraciyər markeri onun aşırı dərəcədə spirtli içki qəbul etdiyini təsdiqləyir. Rusiyada əhalini təxminən 30%-i bu qismə daxildir. Bu insanlar heç bir statistikaya düşmürlər, çünki heç yerə müraciət etmirlər. Evə gəlir, bir stəkan araq içir, yatırlar, amma tez bir zamanda yox, 20 ildən sonra ölürlər. Bu vəziyyətdə ölüm səbəbi qaraciyərin sirrozu deyil, ürək tutmasıdır. Bu, alkoqoldan sui-istifadə nəticəsində ölüm statistikasına aid deyil".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ