"Squid game"dəki nabatı bişirmək istəyən yeniyetmə yandı - FOTO/VİDEO
"Squid game"dəki nabatı bişirmək istəyən yeniyetmə yandı - FOTO/VİDEO
"Netflix"in istehsalı olan "Squid Game" filmində göstərilən nabatdan hazırlamaq istəyən yeniyetmə ayağında üçüncü dərəcəli yanıqlar alıb.
Məlumata görə, hadisə Sidneydə (Avstraliya) qeydə alınıb.
14 yaşlı Eyden Hiqqi özünütəcrid dövründə darıxdığı üçün məşhur serialdakı şirniyyatdan hazırlamaq qərarına gəlib.
Qeyd edək ki, həmin şirniyyat üçün ərinmiş şəkər tozundan nazik bir təbəqə hazırlamaq, sonra isə mərkəzdə istənilən fiqur və ya təsvir həkk edilməlidir. Nabat soyuduqda, formanı sancağın köməyi ilə, sındırmadan çıxarmaq lazımdır.
"TikTok"da tapdığı reseptlə nabatı hazırlayan Eyden bütün inqridientləri plastik fincanda qarışdırıb, sonra isə mikrodalğalı sobaya qoyub. Qarışığı sobadan çıxartdıqda isə qab (mikrodalğa üçün nəzərdə tutulmadığından) əlində partlayıb və qaynar şəkər onun ayağına dağılıb.
"Şirniyyat inanılmaz dərəcədə qaynamışdı. O, fincanı çıxardanda əlində partladı", - deyə Eydenin anası Helen olanları danışarkən bildirib.
Qeyd olunur ki, yanmış şəkər və ərimiş plastik yeniyetmənin ayağına dağıldıqdan sonra da yanmağa davam edib.
O da vurğulanır ki, bu, Sidneydə üçüncü belə hadisədir.



Mənbə: Daily Mail

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR