Stepan Danelyan: Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilər

Stepan Danelyan: Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilərErmənistanın  NATO-ya  qoşulma perspektivi yoxdur. KTMT-dən çıxmaq isə  ölkəmizi heç bir təhlükəsizlik sisteminin fəaliyyət göstərməyəcəyi zonaya çevrəcək.
KONKRET.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan erməni jurnalistlərlə söhbətində deyib. O, daha əvvəl bildirilmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 8-də Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çıxarılması barədə razılıq əldə olunub: "Hazırda dəqiq fikir söyləmək çətindir. Çünki Ermənistanın hazırkı hökuməti heç də həmişə strateji qərarlar verə bilmir. Amma  Qərbdən təzyiqlər artır və Ermənistan hakimiyyəti bu təzyiqi nəzərə alaraq  müvafiq addımlar atır".
Danelyanın sözlərinə görə, Qərb Rusiya hərbçilərinin  İran və Türkiyə sərhədlərindən çıxarılmasını açıq şəkildə tələb etsə də, təhlükəsizliyin təmin olunması baxımından bu Ermənistan üçün məqbul deyil: "Bu qərar Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə də təsir edir, o, faktiki olaraq NATO-nun heç bir zəmanəti olmadığı halda KTMT-dən çıxmaq üçün addımlar atır". Daha sonra politoloq əlavə edib ki, Ermənistan hakimiyyətinin Avropa yönümlü siyasəti qüsurludur  və Rusiyanın Ermənistana iqtisadi təsiri məhdudlaşdırıcı rol oynayır: "Yəni, bir tərəfdən Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalacaq, digər tərəfdən isə keçid məntəqəsində nəzarəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək". Danelyan əlavə edib ki, Ermənistan hakimiyyətinin qərbyönümlü olmasına İrəvanla Tehran arasında iqtisadi əlaqələrin inkişafı da mane olur: "Təbii ki, Qərb Rusiya və İranın Cənubi Qafqazda təsirindən narahatdır. Qərbin yüksək rütbəli məmurları Qərbin və Türkiyənin təsiri altında formalaşmalı olan türk orta dəhlizinə maraqlarını açıq şəkildə ifadə edirlər. Eyni zamanda, Ermənistan hökuməti qərbyönlü siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyindən əmin deyil". O hesab edir ki, Rusiya hərbçiləri Ermənistanı tərk edəcəyi təqdirdə Türkiyənin  Ermənistana qoşun yeritməsinə heç kim mane ola bilməyəcək. "İran da milli maraqlarını əsas götürərək öz qoşunlarını Ermənistana göndərə bilər. Qərb də Ermənistanda  fəallaşır. Nəticədə Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilər".
Erməni  politoloq ehtiyat edir ki, indiki hakimiyyətin siyasəti Ermənistanın ikinci Suriyaya, ya da ikinci Qəzzaya çevrilməsinə gətirib çıxaracaq.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal