Stilist 2024-cü ilin dəbdə olacaq makiyajlarından DANIŞDI - FOTO

Stilist 2024-cü ilin dəbdə olacaq makiyajlarından DANIŞDI - FOTOStilist 2024-cü ilin dəbdə olacaq makiyajlarından DANIŞDI - FOTO
2024-cü ilin ilk günlərini yaşayırıq. Qadınlar tərəfindən daha çox maraq doğuran məsələlərdən biri də bu ilin dəbdə olacaq makiyaj formalarıdır. Bu il hansı makiyaj trendlərinin dəbdə olacağı səbirsizliklə gözlənilir.
Mövzu il bağlı Oxu.Az-ın əməkdaşı stilist Vəfa İsazadə ilə danışıb.
Stilist 2024-cü ilin dəbdə olacaq makiyajlarından DANIŞDI - FOTOOnun sözlərinə görə, əjdaha ilində əlvan və alovlu rənglər daha çox aktual olacaq:
"Əjdaha güclülüyün simvoludur. Ona görə də bu, makiyaj və geyimlərdən də yan keçməyəcək. 2024-cü ilin makiyaj trendləri ötən ilə nisbətən elə də dəyişməyib. Daha çox yaşıl, qırmızı, gümüşü, qum və qızılı rəngləri əhatə edəcək. Yaşıl ilə gümüşünü, qum ilə parıltılı gümüşü rəngini uyğunlaşdırmaq olar".
V.İsazadə qeyd edib ki, bu il makiyajda gözlər ilə yanaşı, dodaqlara da üstünlük veriləcək:
"Parıltılı kosmetikadan düzgün və qədərində istifadə etmək lazımdır ki, istədiyimiz mükəmməl nəticəni ala bilək. Keçən il olduğu kimi bu il də üzdə çillər etmək dəbdə olacaq. Bu il ötən ildən fərqli olaraq rəngli göz karandaşları ilə gözləri makiyaj etmək dəbdə olacaq".
Stilist əlavə edib ki, bu il də sadə makiyajlar öz aktuallığını qoruyub saxlayacaq:
"Bu il dodaq konturlarından istifadə dəbdə olacaq. Qırmızı dodaq boyaları da aktuallığını qoruyacaq. Çəhrayı ənliklər bu il daha çox dəbdə olacaq. Əjdaha ili çılğınlığı və rəngarəngliyi sevməyinə baxmayaraq, sadə və solğun makiyaj da öz aktuallığını qoruyacaq".
"Üz dərimizə uyğun olmayan rənglər dəbdə olsa da, istifadə etməməyi tövsiyə edirəm. Dəb bizə yaraşandır. Ona görə də üzümüzə, dəri rəngimizə hansı rəng uyğun gəlirsə, o tip makiyajdan istifadəni tövsiyə edirəm", - deyə V.İsazadə fikrini tamamlayıb.
Nəzrin Vahid

Maraqlı       Tarix: 05 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler kriminal xeberler metbuat xeberleri iqtisadiyyat xeberleri bugun