Stiv Uitkoffun Azərbaycana uçmasının sirri açıldı - ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər

Stiv Uitkoffun Azərbaycana uçmasının sirri açıldı - ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər"The Jerusalem Post" yazır ki, Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub.
Xatırladaq ki, bu barədə dünən Musavat.com saytı da daxil, Azərbaycan mediası da yazıb.
Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, nəşr xatırladır ki, İsrailin Baş Naziri Benyamin Netanyahu Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin D.Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib.
Rusiyanın RIA xəbər agentliyi Stiv Uitkoffun Moskvadan birbaşa Bakıya uçması barədə məlumat yayıb. Rəsmi təsdiq olunmasa da bəzi mənbələr Stiv Uitkoff-un Vladimir Putinlə gizli danışıqlar apardığını bildirir.
İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də Baş nazir Benyamin Netanyahunun Knessetdə ölkələr arasında üçtərəfli (ABŞ-İsrail-Azərbaycan) tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses xüsusi vüsət alıb.
Bu arada yüksək rütbəli ravvinlərin prezident D. Trampa "Avraam (İbrahim) müqaviləsi"nin (ing. Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Bu önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktub Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərib.
Bakı ABŞ və Rusiya arasında vasitəçi ola bilər.
Təxminən iki ay əvvəl Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc etdi. Nəşr Amerika və İsrail mediasında böyük diqqətə layiq görüldü və bu, cari səfərə xüsusilə məna yükləyib.
Stiv Uitkoff-un Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada əsas rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirir.
Qəzet məqalənin sonunda bildirir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir.
İsrail mediasındakı bu məqalə bir daha onu göstərir ki, Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacarır. Heç şübhəsiz ki, bu, Azərbaycanın yeritdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.

Siyasi       Tarix: 15 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber bu gunun xeberleri haqqinda melumat hava durumu idman xeberleri