Streslə mübarizə etmək üçün ən yaxşı 3 MƏHSUL
Stressin azaldılması insan sağlamlığında olduqca böyük rol oynayır. Xroniki stress ürək-damar, endokrin və bir çox digər orqan və sistemlərə mənfi təsir edir, xroniki xəstəliklərin, o cümlədən şəkərli diabet, xərçəng və s. riskini artırır.
Bu səbəbdən stressi azaltmaq həyati vacibdir. Mütəxəssislərin fikrinə görə, bəzi qidalar böyrəküstü sisteminə təsir edərək stress hormonları olan adrenalin və kortizolun ifrazını tənzimləyir. Stress hormonlarının orqanizmdə uzun müddət ərzində yüksək səviyyədə olması arterial təzyiqin artmasına, immun sisteminin və cinsi meylin zəiflənməsinə səbəb olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ekspertlər stress hormonlarının səviyyəsini azaltmaq üçün qidalanmaya bu kimi qidaları əlavə etməyi tövsiyə edirlər:
Tünd şokolad
Şokoladın tərkibində olan antioksidantlar stress hormonlarını azaldır. Nəzərə almaq lazımdır ki, burda söhbət məhz tərkibində 70% kakao olan tünd şokoladdan gedir.
Avokado
Omeqa-3 yağlı turşularla zəngin olan avokado streslə mübarizə etməyə kömək edir, damarları qoruyur, insult və infarktın riskini azaldır.
Yağlı balıq
Yağlı balıq da Omeqa-3 və Omeqa-6 polidoymamış yağlı turşularla zəngindir. Yağlı turşular stresi və depressiyanı azaldır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ