Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...
Araşdırmalar göstərir ki, depressiv vəziyyətdə olan insanlar daha çox kilo almağa meyllidirlər. Stresslə üz-üzə qalanda mətbəxə getməmişdən əvvəl acıq havaya çıxın.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə gün işığı olan yerdə xoşbəxtlik hormonları olan serotonin və endorfinin yüksələrək antidepressant təsir etdiyi məlumdur: "Lütfən, darıxanda gün işığında gəzin. Özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz".
Həkim vurğulayıb ki, insan özünü mükafatlandıranda özünü dəyərli və xoşbəxt hiss edir: "Alış-veriş mərkəzinə gedin. Özünüzə kiçik də olsa, hədiyyə alsanız, ən azı bir tikə tort yemiş qədər özünüzü xoşbəxt hiss etdiyinizi görəcəksiniz. Üstəlik bu vəziyyətdə çox yeməkdən sonra yaşanan peşmançılıq və günahkarlıq duyğusunu yaşamayacaqsınız.
İnsanın qarşılaşdığı stressdən özünü ən yaxşı uzaqlaşdırmağın yolu, əslində mühit dəyişdirməsi, dəyişik hadisələri düşünməyə başlamasıdır. Hər zaman mühit dəyişdirmək mümkün olmaya bilər. O zaman beyninizi olduğunuz mühitdən uzaqlaşdırın problemi həll edə bilmirsinizsə, münasibətinizi dəyişdirin. Bunun üçün də ən yaxşı üsul yüngül və davamlılığı olan bir kitab oxumaqdır".
Milli.Az
/news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ