Suallarımız var, misal üçün İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nə daşıyırdılar?' - Politoloq
"Azərbaycan müsətqilliyiniqazandıqdan bu yana İranla münasibətlərdə zaman-zaman problemlər mövcud olub,bu sırada Tehrana səfərlər zamanı bayraq və tərcümə ətrafında mübahisələryaranıb. Biz hər zaman haqlı olaraq hesab etmişik ki, İran Azərbaycan ərazilərinin işğalına həssas yanaşmalı və Ermənistanla münasibətlərində diqqətli olmalıdır.Ancaq istəyimizdən asılı olmayaraq İranın müəyyənləşdirdiyi xarici və təhlükəsizliksiyasəti var və həmin siyasətin bir qisim prinsipi bizdə müəyyən suallaryaradıb".
Bu sözləri Azxeber.com-aaçıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, İran rəsmiləriAzərbaycan ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanınərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar: "Azərbaycanın milli və təhlükəsizlikmaraqları İranla qonşuluq münasibətlərin inkişafını diqtə edir. Azərbaycanprezidenti İlham Əliyev müharibənin ilk günlərində verdiyi açıqlamada,Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbiyük daşıdığını bəyan etdi. Bu Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindənErmənistana hərbi yük daşımasıyla bağlı xəbərlər yayılmadı. İran rəsmiləri Azərbaycanordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazibütövlüyünü dəstəklədiklərini vurğuladılar. Daha sonra başda İranın keçmişprezidenti Həsən Ruhani olmaqla İranın Azərbaycandakı səfirinə qədər qonşu ölkəninrəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilətəbrik etdilər. Yeni seçilən prezident İbrahim Rəisi də bu fikri təkrarladı. Buikitərəfli əlaqələr baxımından önəmli açıqlamalar idi".
Elxan Şahinoğlu
Politoloq onu da qeydedib ki, İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə,biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq: "Suallarımız yenəvar. Misal üçün İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nədaşıyırdılar? Və ya İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan ermənihərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi?Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi.Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsəvə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, bizTehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq".
Politoloq bildirib ki,İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin,Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin: "Həsən Ruhanininprezidentliyi dövründə ikitərəfli təmaslar, o cümlədən Tehrandan Bakıya və əksistiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı. Tehran Bakı ilə birgəregional layihələrə maraq göstərməyə başladı. Hazırki prezident İbrahim Rəisibu layihələri davam etdirməklə yanaşı İran şirkətlərinin Qarabağda yenidənqurmaişlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik. Biz elə etməliyikki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığıseçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin. TehranTürkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü altılıq (Azərbaycan,Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) təklifini dəstəkləyib. Bu odeməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir.İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir.Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənubnəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran buəməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir. Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova İran Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə Tehranda görüşüzamanı iranlı həmkarına təklfi edib ki, İran parlamenti gələn il Xocalısoyqırımının 30-cü ildönümü ilə bağlı sənəd qəbul etsin. İran parlamentinin Xocalısoyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsiredərdi. Top İranın meydanındadır".
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı