Süd və süd məhsulları hansı uşaqlar üçün ziyanlıdır?

Süd və süd məhsulları hansı uşaqlar üçün ziyanlıdır?Süd və süd məhsulları gündəlik qida rasionumuzun önəmli bir hissəsini təşkil edir. Bu məhsullar zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan "Süd və süd məhsullarının autizmli uşaqlara təsiri" maarifləndirici materialda bildirilir.
Məqalədə qeyd olunur ki, süd məhsullarının tərkibindəki kalsium, sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır.
Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil. Çünki süd və süd məhsullarındakı əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Həyat boyu davam edən autizm isə uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.
Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi, müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm in vitro, həm də in vivo azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər. Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır. Autizmli uşaqlarda kazein və qlutendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı