"Sülh göyərçini" və siyasi alverçi - Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir
Dünyaya özünü "sülh göyərçini" kimi təqdim edən Ermənistan baş naziri Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri unudaraq siyasi manipulyasiya yolunu seçib. Sülh gündəliyinin şərtlərini qəbul etməkdən yayınan Paşinyan eyni zamanda havadarlarının göstərişlərini yerinə yetirməklə məşğuldur. Qərbdən hərbi yardım alan Ermənistan regionda sülhə təhdid yaradır. BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq öhdəliyindən danışanda da həll olunmamış məsələlərin müzakirəsindən yayınıb. Beynəlxalq məsələlər üzrə ekspert, israilli Mixail Finkelinin fikirincə Paşinyanın BMT-dəki çıxışı manipulyasiyadır və guya Azərbaycanla hərtərəfli sülh imzalamağa çalışan "sülh göyərçini"nin növbəti siyasi şousudur: "Məndə belə bir təəssürat yaranmışdı ki, Paşinyan ağlı başında olan erməni siyasətçisidir.
Təəssüf ki, belə deyil. Onun danışığını təhlil edəndə dərhal suallar yaranır. BMT kürsüsündə "sülh göyərçini" Paşinyan əlindən gələni edir ki, ölkəsi silahlansın. Onun əsas hədəfi Qarabağı yenidən fəth etməyə hesablanıb. Bunun üçün sakitcə növbəti müharibəyə hazırlaşır. ABŞ, Fransa, Hindistandan silahlar boş yerə Ermənistana daşınmır. Ermənistanda revanşizm siyasəti bütün gücü ilə həyata keçirilir. İrəvanın bu cür hərəkətlərini belə səciyyələndirmək olar: "Əgər davamlı sülh istəyirsənsə, müharibəyə hazırlaş". Bununla belə, tarixdə belə paralellər var. Əgər sülhdən çox danışan biri əslində səylə müharibəyə hazırlaşırsa, buradan sülh qoxusu gəlmir. Deməli, sülhlə bağlı ritorika Ermənistanın döyüş meydanında başına gətirilən hərbi rüsvayçılığı qanla yuyub, Azərbaycandan qisas almaq istəyən İrəvanın planıdır. Ona görə də Paşinyanın bu cür sakitləşdirici çıxışlarına qarşı çox diqqətli olmaq və sözə deyil, əmələ baxmaq lazımdır".
Politoloq daha sonra bildirib ki, erməni tərəfinin Qarabağda "etnik təmizləmə və məcburi köçürmə" baş verdiyi barədə açıqlamaları da çaşdırıcıdır: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən etnik təmizləmə müəyyən ərazinin əhalisinin etnik və dini zəmində məhv edilməsidir. Üstəlik, məhvetmə hərbi və mülki şəxslərə bölünmədən həyata keçirilir. Lakin 44 günlük müharibəni və ötən ilki antiterror tədbirləri ilə bağlı bütün mənbələri təhlil etsək, görərik ki, Qarabağ ərazilərində və işğaldan azad edilmiş digər ərazilərdə buna bənzər heç nə baş verməyib. Bir dənə də olsun belə hal qeydə alınmayıb. Erməni əhalisinin bu əraziləri mütəşəkkil və dinc şəkildə, heç bir təzyiq olmadan tərk etdiyini də hamı yaxşı bilir. Qalanlar isə Prezident İlham Əliyevdən toxunulmazlıq, layiqli yaşayış təminatı aldılar. Ona görə də bu mövzuda hər hansı eyhamlar iyrənc yalandır", – deyə Mixail Finkel bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb