Sülh sazişinin razılaşdırılması üçün şərait var - Ceyhun Bayramov
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müzakirə etdikləri məsələlər açıqlanıb.
Azərbaycan XİN-dən KONKRET.az-a bildirilib ki, dekabrın 5-də C.Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində S.Lavrovla görüşüb.
Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Neft həftəni bu qiymətlə başladı
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə