Sülhün prinsipial şərtləri

Sülhün prinsipial şərtləriPrezident cənab İlham Əliyevin növbəti dəfə "Euronews" televiziyasına verdiyi müsahibə bəzi məsələlər baxımından çox önəmli idi. Dövlət başçımız eyni zamanda, bölgədə cərəyan edən müəyyən mövzularla bağlı dövlətimizin mövqeyini açıq şəkildə bütün dünya ictimaiyyətinə çatdırdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri və Cənubi Qafqaz gündəmi ilə bağlı səsləndirdiyi fikirlər, ümumən, ölkəmizin sülh prosesinə sadiqliyinin yenidən bəyan edilməsidir. 
Bu mənada da dövlətimizin rəhbərinin müsahibədəki fikirləri özünü doğruldur. Həm də ona görə doğruldur ki, əsas olan tərəflərin sülhə yanaşmalarıdır. Yəni, hər iki ölkənin gündəliyi önəmlidir. İşğaldan və etnik təmizləmədən əziyyət çəkən, deportasiyaya məruz qalan, təxminən 15 min kvadratkilometr ərazisi dağıdılan respublikamız sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verib. 
Digər tərəfdən, Prezident İlham Əliyev hazırda Qarabağ məsələsinin bitdiyini vurğulayaraq, Ermənistanın Azərbaycanla razılığa gəlməkdə daha həvəsli olacağından söz açır və hesab edir ki, münaqişənin sona çatması İrəvana cəsarətli davranmağa əsas verəcək. Yəni, faktiki olaraq, ölkəmiz Ermənistan qarşısındakı maneələri aradan qaldırıb. Deməli, dövlətimizin başçısının qeyd etdiyi kimi, sülh üçün alternativ yoxdur. "Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin", – deyən Prezidenti İlham Əliyev vurğulamışdı ki, Azərbaycana Ermənistanda revanşizm meyllərinin baş qaldırmayacağına dair qarantiya lazımdır. 
Prezident cənab İlham Əliyev "Euronews"a müsahibəsində ölkəmizin Ermənistanla sülh müstəvisində irəli sürdüyü beş prinsip üzərində də dayandı. Bunlar ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaları, gücdən istifadə etməmə, ərazi iddialarından daşınma, kommunikasiyaların açılması və münasibətlərin normallaşmasıdır. Bəs, nəyə görə ötən müddətdə bu beş prinsip üzrə irəliləyiş əldə olunmayıb. Çünki İrəvan konstruktiv mövqe tutmayıb. Qeyri-konstruktivliyin ən böyük göstəricisi isə Ermənistanın sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəməsi olub. 
Yeri gəlmişkən, bu mənada antiterror tədbirlərindən və ölkəmizin Qarabağa tam sahiblənməsindən sonrakı durumu yada salmağa ehtiyac var. 
Ölkəmizin liderinin müsahibədə vurğulayır ki, Qarabağ erməniləri ilə bağlı məsələ ölkəmizin daxili işidir: "Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik". 
Prezident İlham Əliyev Ermənistanın Qarabağ erməniləri üçün hüquq və təhlükəsizlik məsələsini qabartmasının məqsədindən də söz açır. Hesab edir ki, bu, separatizm üçün zəmin formalaşdırmaq cəhdidir. Belə cəhd isə yolverilməzdir.  
Məlumdur ki, beynəlxalq təşkilatlar, o cümlədən, ermənipərəst dairələr Qarabağ ermənilərinin bölgəyə qayıtmaları xüsusunda canfəşanlıq edirlər. Əlbəttə, bu canfəşanlıqdakı məqsəd bəllidir və bu barədə yuxarıda da söz açdıq. Ancaq görünür, erməniləri müdafiə "trendi" aktiv olduğundan, "Euronews"un müxbiri də məsələyə toxunur. Onun sualı qarşısında Prezident İlham Əliyevin bildirdiklərini, əslində, dövlətimizin rəsmiləri dəfələrlə vurğulayıblar, Qarabağ erməniləri üçün təminatlardan söz açıblar. Amma nəzərə alaq ki, birinci şəxsin dilində mövcud məqama aydınlıq gətirilməsi son dərəcə vacibdir. Dövlətimizin başçısı isə suala kifayət qədər, əhatəli cavab verir. Əvvəla, Qarabağın erməni əhalisinin bölgəni tərk etmələrinə ehtiyacın duyulmadığını və Azərbaycanın bu istiqamətdə çağırışlarının olduğunu vurğulayır. İkincisi isə hazırda rəsmi Bakının onlarla bağlı gördüyü işləri sadalayır. Nəzərə alaq ki, Prezidentin dilə gətirdiyi hər bir söz müstəsna təminatdır.
Cənab İlham Əliyevin vurğuladığı məqamlar həm də onun təsdiqidir ki, Qarabağ erməniləri hər hansı digər formada bölgədə yaşaya bilməzlər. Məsələn: "Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtmaq istəyərsə o, necə qayıda bilər" O geri qayıdıb və Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək". 
Sonda bildirmək istəyirəm ki, Prezident İlham Əliyev müsahibəsində bu günə qədər Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin şərtlərini dünya ictimaiyyətinə bir daha çatdırdı. Ölkəmiz sülhün tərəfdarı kimi Qarabağ iqtisadi rayonuna, Şərqi Zəngəzura və digər ərazilərə azərbaycanlı əhalinin köçürülməsini təmin edərək, regionda Azərbaycan vətəndaşı olacaq erməni əsilli əhalinin təhlükəsizliyinə zəmanət verəcəyini göstərdi. Prezident İlham Əliyevin müsahibədə ərazilərimizdə yaşayan bütün əhalinin Azərbaycanın Konstitusiyası ilə ölkə daxilində bərabər hüquq çərçivəsində yaşayacağını Qarabağ ermənilərinə çatdırdı.
İradə Əliyeva, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 13 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri son xeberler bugun cəbhədən xəbər sonxeber