Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL

Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL
Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən yalnız bir ay keçdi.
Rusiya Federasiyasının sülhməramlı kontingentinə Azərbaycan cəmiyyətində ehtiyyatla yanaşılsa da, rəsmi Bakı üçün sülhməramlıların yerləşdirilməsi Azərbaycan ərazisinin itki vermədən tamamilə işğaldan azad edilməsi ilə bütün şərtlərinin yerinə yetirməsi mənasını kəsb edirdi. Ölkə Vətən müharibəsi zamanı 2783 şəhid verib və Ağdam, Kəlbəcər və Laçın rayonlarını azad etmək üçün aparılan hərbi əməliyyatlar qurbanların sayını daha da artıracaqdı. Üstəlik, aktiv döyüş əməliyyatları şəraitində yalnız Rusiya bölgədə real hərəkətlərlə sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirdi.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına görə, Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi ilə paralel olaraq Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizində yerləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikası Laçın dəhlizi boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
Sülhməramlı kontingentin digər missiyası da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlərin və qaçqınların geri qaytarılmasına kömək etməkdir.
İndi sülhməramlı kontingentinin vəzifəsini yerinə yetirib-yetirmədiyini nöqtəbənöqtə araşdıraq.
Kontingent qısa müddətdə Dağlıq Qarabağdakı yerləşdirmə yerinə gəldi və orada müşahidə postları qurdu. Ancaq eyni zamanda, üçtərəfli bəyanatın dördüncü bəndində uyğun, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bu bölgəsindən tamamilə geri çəkilməsinə ilə bağlı böyük şübhələr var.
Əks halda Azərbaycan ordusunun hərbçilərinə qarşı erməni birləşmələri tərəfindən arxa cəbhədə törədilən terror aktlarını başqa necə izah etmək olar?
Xüsusilə, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə bəyanatında qeyd edildiyi kimi, "bu erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıblar və son günlər mülki fəaliyyət göstərən şəxslərə və hərbçilərə qarşı terror təxribatları və təxribatçı hərəkətlər ediblər. Beləliklə, 26 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin bu ərazidə xidmət edən hərbi heyətinə ermənilərin qəfil hücumu nəticəsində üç hərbçimiz öldürülüb, ikisi yaralanıb. Sözügedən rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə avadanlığının quraşdırılması zamanı bir hərbçimiz şəhid olub və "Azercell"in bir əməkdaşı ağır yaralanıb".
Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bu ərazidə antiterror əməliyyatı aparmaq məcburiyyətində qalıb.
Belə çıxır ki, erməni tərəfi üçtərəfli bəyanatın işğalçı qoşunlarının geri çəkilməsinə dair şərtlərini tam yerinə yetirməyə tələsməyib. Üstəlik, məğlub edilmiş işğalçı qüvvələrin qalıqları hətta bir növ dayaq məntəqələri yaratmağa çalışırlar. Rusiya Federasiyasının sülhməramlı kontingenti də nədənsə erməni quldur birləşmələrinin geri çəkilməsinə diqqət yetirmədi. Azərbaycan Silahlı Qüvvələrinin erməni terror birləşmələrini zərərsizləşdirmək üçün apardığı əməliyyatdan sonra da sülhməramlı kontingent məhz bu istiqamətdə fəaliyyətini gücləndirməli idi.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Lakin nədənsə RF Müdafiə Nazirliyi öz iradəsi ilə tərəflərin razılaşdırdığı sülhməramlı kontingentin fəaliyyət sahəsini genişləndirməyə qərar verdi və erməni terrorçularının tapıldığı əraziləridə sülhməramlıların nəzarətində olduğunu iddia edərək reallığı əks etdirməyən bir "xəritə" ortaya çıxardı.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Moskvadakı müəyyən dairələrin məntiqinə görə, erməni terrorçularının göründüyü hər hansı bir ərazi avtomatik olaraq sülhməramlı əməliyyat rayonuna daxil olur. Bəyəm terrorçulara dəstək sülhməramlıların vəzifələri siyahısına daxildir? Onda nəyə görə Rusiya Suriyada Bəşər Əsədə qarşı çıxan istənilən qruplaşmanı terror təşkilatı elan edərək, onlara qarşı mübarizədən danışır, amma erməni terrorçularını Azərbaycan ərazilərində görməzdən gəlməyi, hətta bəzi hallarda onları qorumağı da üstün tutur?
Moskvadakı müəyyən dairələrin bu mövqeyi Rusiya Federasiyasının rəsmi mövqeyi ilə nə dərəcədə uyğundur və bu, Azərbaycan cəmiyyətinə Rusiyaya olan etibar səviyyəsinə necə təsir göstərə bilər?
Moskva unutmamalıdır ki, Azərbaycanda 1990-cı ilin qanlı yanvarını, keçmiş SSRİ-nin 366-cı alayının Xocalı soyqırımında iştirakını və onun Birinci Qarabağ müharibəsi zamanı erməni quldur birləşmələrinə tam dəstəyini, bunun nəticəsində ölkə ərazisinin 20% -i işğal olunduğunu və milyardlarla dollar dəyərində müasir silahların Ermənistana pulsuz köçürülməsini unutmayıb. Məhz bu silahlarla Gəncə, Bərdə, Tərtər, Ağcabədi və Mingəçevirin mülki əhalisi atəşə tutuldu, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla Azərbaycanın 100 mülki vətəndaşı öldürüldü.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Azərbaycanın sülhməramlı kontingentin tətbiq edilməsinə razılığı, qətiliklə Qarabağın keçmiş cinayətkar rejiminin "müstəqilliyini" leqallaşdırma ehtimalı üçün erməni tərəfinə ilkin şərtlərin yaradılması demək deyil. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycanın suveren ərazisində ikinci erməni dövlətindən söhbət gedə bilməz. Azərbaycanın ümumilikdə İkinci Qarabağ müharibəsindəki tam qələbəsi istənilən muxtariyyət üçün hər hansı bir xəyali ümidi puç etdi. Erməni tərəfinin və onu dəstəkləyən qüvvələrin bu istiqamətdə hər cür cəhdləri uğursuzluğa məhkumdur. Dinc erməni əhalisi Xankəndi, Ağdərə, Xocavənd, Hadrut və digər hər hansı bir ərazidə Azərbaycan vətəndaşları olaraq, bütün qanunlara və Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməklə tamamilə sərbəst yaşaya bilərlər. Əks halda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşamaq hüququndan heç bir söhbət gedə bilməz.
İstənilən halda, Azərbaycan Qarabağın Kosovo, Abxaziya, Cənubi Osetiya və Dnestryanı əraziyə çevrilməsinin nəzəri mümkünlüyünə belə imkan verməyəcəkdir. Bütün regional və qeyri-regional aktorlar Azərbaycanın beynəlxalq təsir amilini, Türkiyənin hərtərəfli dəstəyini, o cümlədən hərbi yardım imkanlarını nəzərə almalıdırlar. Çətin ki, hansısa dövlət erməni terrorçularına görə NATO-da ikinci ən güclü ordu ilə birbaşa qarşılaşmaq istəsin.
Azərbaycan Prezidenti İlham Əliyev də Qubadlının azad edilməsi münasibətilə 26 oktyabr 2020-ci ildə xalqa müraciətində məhz bu barədə danışıb:
"Məndən soruşurlar ki, Türkiyənin F-16-larnını sizdə nə işi var? Cavab verməkdən bezmişəm. Açın baxın, peykiniz var, bəyəm onların nə iş gördüyünü görmürsünüz? Gedin baxın, F-16-lar nə edir, onlar havadadır ya yerdə? Hamı onların yerdə olduğunu bilir. Onlar təlim üçün gəliblər və müharibə başlayanda orada qalıblar. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Və əgər bizə qarşı kənardan təcavüz olarsa, onda F-16-ları görəcəklər".
Rusiya sülhməramlı kontingentinin Qarabağdakı sərhədləri və fəaliyyət şərtləri açıq şəkildə göstərilib. Üstəlik, kontingentin fəaliyyətinin monitorinqi Ağdamdakı Türkiyə-Rusiya Ortaq monitorinq mərkəzi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən, kontingentin hər hansı bir fəaliyyəti beynəlxalq hüquqa və 10 noyabrda imzalanmış üçtərəfli bəyannaməyə uyğun olmalıdır.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini əks etdirən xəritədəki dəyişikliklərin müvəqqəti xarakter daşıdığını və yaxın bir neçə gündə orijinal vəziyyətinə qaytarılacağını ümid edirik. Rus sülhməramlılarının bundan sonrakı hərəkətləri Azərbaycan cəmiyyəti tərəfindən daha da yaxından izləniləcək. Sülhməramlılar onsuz da, xüsusilə məcburi köçkünlərin geri qaytarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirməyiblər. Hələ ki, sülhməramlı qüvvələr yalnız erməni ailələrinin Qarabağa qayıtmasına öz töhvələrini verirlər, lakin onların vəzifələri arasında Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Ağdərə və digər yaşayış məntəqələrində azərbaycanlı köçkünlərin yaşayış yerlərinə köçürülməsinin təhlükəsizliyini təmin etmək də var. Əgər üçtərəfli bəyanatda nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulursa, onda Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan qoşunlarının və mülki şəxslərin Ağdamdan Şuşaya və Laçına Xankəndini keçməklə, Tərtərdən Kəlbəcərə Ağdərə yolu ilə və sair istiqamətlərdə sərbəst hərəkətini təmin etməlidir.
Sülhün təmin edilməsi və ya terrorçuların qorunması: Qarabağdakı sülhməramlıların missiyası nədir? - TƏHLİL Rusiya Federasiyası üçün Qarabağ özünü qərəzsiz bir hakim kimi göstərmək və uzun müddətdir davam edən münaqişənin beynəlxalq hüququn bütün prinsiplərinə və ilk növbədə, ölkənin ərazi bütövlüyü və suverenliyinin təməl prinsipinə uyğun olaraq həllinə nail olmaq üçün misilsiz bir şansdır. Ümid edirik ki, bu şansdan tam istifadə ediləcək.
Fuad Hüseynəliyev
Oxu.Az-ın Baş redaktoru

Siyasi       Tarix: 14 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun cəbhədən son xeber xeberler bu gun sonxabar