"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin təşkilati idarəetmə və biznes strukturunda yeniliklər
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin təşkilati idarəetmə və biznes strukturunda yeniliklər
"Sumqayıt Texnologiyalar Parkı" MMC ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində səylərin artırılması və təşkilati idarəetmə formasının korporativ standartlara uyğunlaşdırılması məqsədilə holdinq idarəetmə modeli formasında yenidən təşkil edilib.
Yeni fəaliyyət modelinə keçid ölkə sənayesinin inkişafına, rəqabət qabiliyyətli məhsulların xarici bazarlara ixrac edilməsinə və spesifik sahələr üzrə peşəkar kadrların formalaşdırılmasına öz töhfəsini verəcək. Qeyd edilən dəyişikliklər beynəlxalq standartları və təcrübəni nəzərə almaqla həyata keçirilir.
"Sumqayıt Texnologiyalar Parkı" MMC-də təşkilati və biznes idarəçilik istiqamətində struktur dəyişikliyi çərçivəsində yeni Biznes Vahidlər və Müştərək şirkətlər yaradılıb.
Əsas istehsal sahələri üzrə "STP Aluminium", "STP Global Cable", "STP Metal Structures" və digər törəmə müəssisələr təsis edilib. STP-nin tərkibində fəaliyyət göstərən bir sıra istehsalat müəssisələri və sahələri aidiyyəti üzrə bu şirkətlərin tərkibində inkişaf etdiriləcəkdir.
STP də daha çevik və şəffaf idarəçiliyi nəzərdə tutan struktur dəyişikliyinin tətbiqi müəssisələrə öz istiqamətlərinə fokuslanmağa, yenilikləri daha sürətlə tətbiq etməyə, məhsul çeşidinin genişləndirilməsinə, müştəri ehtiyacına daha çevik reaksiya verməyə şərait yaradacaq.
Bu günə kimi Texnoparkın istehsal etdiyi məhsullar və xidmətlər Azərbaycanın müxtəlif bölgələrində aparılan nəhəng infrastruktur layihələrində geniş tətbiq olunub.
STP komandası olaraq ölkə tələbatını maksimum ödəmək, ölkə xaricində "Made in Azerbaijan" markasını inkişaf etdirməklə yanaşı, işğaldan azad edilən torpaqlarımızda aparılacaq yenidənqurma işlərində fəal iştirak etmək üçün indidən hazırlıq proseslərinə başlanılıb. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR